Xəstə hüquqları


Xəstə Hüquqları Üzrə Avropa Xartiyası xəstələrin 14 hüququnu əhatə edir və bu hüquqlar birlikdə Avropanın müxtəlif ölkələrində tibb xidmətləri tərəfindən "insan sağlamlığının yüksək səviyyədə qorunmasını" təmin etməyi və göstərilən tibbi xidmətin yüksək keyfiyyətinə nail olmaq məqsədi daşıyır.

Xəstə Hüquqları Üzrə Avropa Xartiyası 2002-ci ildə Aktiv Vətəndaşlıq Şəbəkəsi (Active Citizenship Network) tərəfindən müxtəlif Avropa Birliyi ölkələrindən 12 təşkilatla birlikdə hazırlanmışdır.

1. Qayğıdan yararlanma

Hər bir kəsin irqindən, cinsindən, milli mənsubiyyətindən və maddi imkanından asılı olmayaraq tibbi xidmətdən yararlanma hüququ var.

2. Hörmət

Sizin istənilən şəraitdə tibb personalı tərəfindən hörmət olunma hüququnuz var.

3. Məxfilik

  • Xəstəxana ilə əlaqəli olmayan insanlarla danışmamaq və ya görüşməmək hüququ.
  • Dini, simvolik əşyaları həmin əşyaların müayinə və müalicəyə mane olmayanadək üzərinizdə saxlamaq hüququ.
  • Müəyyən müayinələrdə eyni cinsli həkim tərəfindən müayinə olunmaq hüququ.
  • Sizin sağlamlığınıza aid hər hansı bir müzakirə və konsultasiyaların ancaq sizin sağlamlığınızın keşiyində olan personal tərəfindən aparılması hüququ. Sizin icazəniz olmadan kənar şəxslərin müzakirələrdə iştirak etməməsi hüququ.
  • Sizin tibbi sənədlərinizin ancaq sizinlə birbaşa əlaqədə olan personal tərəfindən oxunması.
  • Sizin sağlamlığınız ilə əlaqəli olan yazılar, müalicə üçün edəcəyiniz ödəniş daxil olmaqla məxfi saxlanma hüququ.
  • Otağınızda sizinlə birgə müalicədə olan digər xəstə tərəfindən narahat ediləcəyinız halda başqa otağa keçirilmə hüququ.
  • Təhlükəsizliyiniz tələb etdiyi halda qorunma hüququ.

4. Status

Sizə xidmət göstərən həkim və tibb personalının professional statusunu bilmək və hansı həkimin məhz sizin situasiyada daha yararlı ola biləcəyini öyrənmək hüququ.

5. İnformasiya

Sizin diaqnozunuza aid tam informasiyanı həkimdən sizə anlaşılan formada almaq hüququ.

6. Ünsiyyət

Xəstəxanadan kənarda olan insanlarla ünsiyyət və əlaqə saxlamaq hüququ.

7. Razılıq

Sizin sağlamlığınıza aid olan müayinə və müalicə metodlarının seçilməsində və istifadə edilməsində iştirak etmək, həmin metodların hər hansı bir riskini və ya yanaşı təsirlərini bilmək hüququ. Hər hansı bir metoddan imtina edərkən onun başqa metodla əvəzolunma hüququ.

Müalicə aldığınız xəstəxananın apardığı elmi araşdırmalarda iştirakdan imtina etmək hüququ.

8. Konsultasiya

Öz istəyiniz və ödənişiniz əsasında başqa mütəxəssislərlə məsləhətləşmə hüququ.

9. Xəstəxana xərcləri

Sizin xərclərinizin ətraflı şəkildə izah edilmə hüququ

10. Müalicədən imtina

Sizin müalicədən imtina etmə hüququnuz var.

11. Münaqişələrin aradan qaldırılması

Sizə göstərilən tibbi xidmətin fikrinizcə kifayət qədər olmadığı halda şikayət etmə hüququ. Ehtiyac olarsa sizə xidmət edən mütəxəssislərin digər mütəxəssislərlə əvəzedilmə hüququ.

12. Transfer və müalicənin davamlılığı

Siz başqa xəstəxana və ya müalicə müəssisəsinə tam izahat almamış köçürülə bilməzsiniz. Sizinlə məşğul olan həkim bu barədə sizə tam izahat verməlidir.

13. Xəstəxana qaydaları

Xəstəxana qaydaları haqqında məlumatlandırılma hüququ. Eyni zamanda etik komissiya barədə məlumatlandırılma, sualınız və ya probleminiz olarkən etik komissiyaya müraciət etmə hüququ.