Xəstə məsuliyyəti


1. İnformasiyanın verilməsi

Xəstəliyiniz, şikayətləriniz, qəbul etdiyiniz dərmanlar, keçirmiş olduğunuz xəstəliklər barədə tam, yaddaşınız imkan verəcək dərəcədə düzgün informasiya verməyiniz vacibdir. Həkiminizə sağlamlığınızda olan gözlənilməz dəyişikliklər barədə informasiya vermək vacibdir. Həkiminizə sizə təyin etdiyi müalicəni yerinə yetirib yetirmədiyiniz barədə düzgün informasiya vermək məsuliyyəti.

2. Göstərişlərə riayət etmə məsuliyyəti

Siz həkiminizin təyin etdiyi müalicəyə riayət etmək məsuliyyəti daşıyırsınız. Bura həm də xəstəxana daxilində olarkən tibb personalının məsləhətlərini yerinə yetirmək və xəstəxana qaydalarına riayət etmək məsuliyyəti daxildir. Həkimlərlə təyin etdiyiniz görüşlərdə iştirak etmək məsuliyyəti, görüşlərdə iştirak etməyəndə səbəblərin izah olunması məsuliyyəti daşıyırsınız.

3. Müalicədən imtina etmək hüququ

Həkimlərin təyinatlarına riayət etməyəndə və ya müalicədən imtina edəndə məsuliyyət tam öz üzərinizə düşür.

4. Xəstəxana qaydaları

Xəstəxana qaydalarına riayət etmə məcburiyyətindəsiniz.

5. Hörmət

Siz digər xəstələrin və tibb personalının hüquqlarına hörmət etmək məsuliyyəti daşıyırsınız. Səs salmamaq, icazə olmayan yerdə siqaret çəkməmək və s.