Ziyarətçi və müşaiyyətçi qaydaları


1. Xəstəxanada müəyyən olunmuş bütün qaydalar xəstənin effektli müalicəsinə xidmət edir.

2. Stasionar müalicədə olan xəstənin sağlamlıq vəziyyətinə görə xəstəxananın tibbi heyəti və  inzibati qurumları məsuliyyət daşıyır.

3. Stasionarda müalicə alan xəstələrin orqanizminin müqavimət qabiliyyətinin sağlam şəxslərə nisbətən aşağı olduğunu nəzərə alaraq onların digər insanlar ilə bilavasitə təması məhdudlaşdırılır. Stasionarda müalicə alan hər bir xəstənin otağında telefon vardır və telefon əlaqəsi üçün xəstəxana xidm

əti işçisindən məlumat alın. Xəstə ilə fərdi mobil telefon vasitəsiilə də əlaqə saxlanıla bilər.

4. Stasionar müalicə prosesi ərzində xəstənin müxtəlif yoluxucu respirator xəstəliklərə yoluxma ehtimalını minimuma endirmək və müalicə işinin maksimal effektliyini təmin etmək məqsədi ilə xəstəxana administrasiyası xəstə yanına gəlmiş şəxslər üçün vaxt müəyyən etmişdir.

5. I-V günlər (18.00-dan 21.00-dək)

    VI gün (17.00-dan 21.00-dək)

    Bazar günü (14.00-dan 21.00-dək)

    Bayram və qeyri-iş günləri (14.00-dan 21.00-dək)

6. Stasionarda müalicə prosesini pozmamaq üçün hər bir xəstə yanına eyni zamanda iki şəxs daxil ola bilər. Əgər xəstə yanına çox adam gəlmişsə, onlar növbə ilə buraxılır.

7. Xəstənin təhlükəsizliyi üçün onun yanına gəlmiş şəxsin adı və soyadı qeyd olunur. Bu prosesləri xəstəxananın mühafizə xidməti tənzimləyir.

8. Stasionarda yerləşən xəstənin qidalanması xəstəliyinə uyğun olaraq dietoloq tərəfindən tənzimləndiyinə görə xəstə üçün qida məhsulları gətirilməsi qadağandır.

9. Xəstəxana qaydalarına riayət etməklə Siz öz əzizinizin daha tez və effektli müalicə olunmasında və tezliklə Sizə qovuşmasında bizə yardım edirsiniz.