Xəbərlər


XIX Ulusal Cərrahi Konqres

16-20 aprel 2014-cü il tarixlərində Turkiyə Cumhuriyyətinin Antalya şəhərində Türk Cərrahi Dərnəyinin təşkil etdiyi XIX Ulusal Cərrahi Konqresi keçirilmişdir. Konqress cərrahiyyənin bir neçə bölümünü əhatə edən iri həcmli məruzələr və çıxışlarla yadda qaldı. Konqresdə Türkiyəli elm adamlari ilə yanaşı  ABŞ və Avropanın aparıcı universitetlərinin professorları da öz maraqlı çıxışları ilə yer aldı. Müasir texnoloji vasitələrlə təchiz olunan geniş auditoriyalar və sərgi salonları yüksək səviyyədə təşkil olunmuşdu. Konqres türk və ingilis dillərində  keçirildi. Bu konqresdə ölkəmizi 35 nəfərlik nümayəndə heyəti təmsil edirdi. İştirakçılarımız müxtəlif mövzularda hazırladıqları çıxışlarla kongresdə aktiv iştirak etdilər.

      Mərkəzi Gömrük Hospitalından kongresdə həkim- cərrah Aynur Səfiyeva iştirak etmişdir. A. Səfiyeva Azərabyacan Tibb Universitetinin əməkdaşı Solmaz İmanova ilə bərabər “ Dev Rektosel və Mukozal prolapsus cərrahi seçim “ mövzusunda stend – məruzə  ilə çıxış etmişdir.