Xəbərlər


İtaliyanın Trento şəhərində aprelin 10-11 –də süd vəzisi patologiyası üzrə sertifikasiyalı kurs-seminar keçirilmişdir .

İtaliyanın Trento  şəhərində  aprelin  10-11 –də süd vəzisi patologiyası üzrə sertifikasiyalı kurs-seminar keçirilmişdir . Bu kursun məqsədi klinikopatoloji mühazirə və interaktiv tematik müzakirələr  idi.  Kursda  süd vəzisi xərcəngi  patologiyalarının bəzi   aspektləri, molekulyar  patologiyanın  bəzi aspektləri, o cümlədən immunohistokimyasal panellər nümayiş  etdirilmişdir.  Bu panel tərkibinə daxil idi: estrogen , progesteron, Her2/neu onkoprotein və mitotic index Ki67.    Həmçinin CD 31 , CD 34 və VEGF ekspressiyası da  müzakirə edilirdi. Bu üç markerlər damar fəaliyyətinin öyrənilməsi üçün daxil edilmişdi. Bəd xassəli şişlərdə  müxtəlif komponentlərin (sarkomatoz, yastı hüceyrəli) olduğunu ,  mitotic indeksin  hesablanması  və  onun şişin bədlik  dərəcəsi ilə münasibəti öyrənilmişdir. Mikroskopik interaktiv panel müzakirələri sərbəst,  konstruktiv şəkildə aparılırdı  və   müzakirə üçün bir neçə nadir xəstəliklər,  mübahisəli hallar seçilərək  iştirakçılara təqdim edilmişdir . İştirakçılara  həmçinin onların praktikasında rast gəlinmiş   qeyri-adi problem hallardan nümunə

gətirmək  və bu hadisələrin qısa klinik  məlumatını vermək  xahiş olunmuşdur.

Kurslar müasir kompüter mikroskoplar ilə təchiz edilmişdi.

Bu kursda Mərkəzi Hospitalın həkim- patomorfoloqu Kələntərli Samirə iştirak etmişdir.