Xəbərlər


X Türk Alman Ginekoloji kongresi keçirildi

4 May 2014-cü il tarixləri arasında TAJEV, AAGL, NOGGO tərəfindən Türkiyənin Antalya  Titanik Deluxe Hotelində   X Türk Alman Ginekoloji kongresi  keçirilmişdir. TAJEV-in Türkiyə və beynəlxalq miqyasda təşkil etdiyi 10-cu kongresində 1400 iştirakçı gəlmiş, 15 xarici ölkədən 360 elmi tezis məruzə, video və poster şəklində qəbul edilmişdir. Konfransın elmi proqramında konfransdan əvvəl kurslar, praktiki bacarıq, uydu simpoziumu, dəyirmi masa toplantıları, canlı cərrahi videotranslyasiya düzənli olaraq yer almışdır. Bu konfransda elm sahəsində öz sözünü demiş beynəlxalq səviyyəli mütəxəssis və alimlər dəvət edilmiş və iştirakçılarla elm və təcrübə mübadiləsi təmin edilərək uğurla nəticələnmişdir. Mamalıq və Ginekologiyada olan yeniliklərlərin təqdim olunduğu beynəlxalq konfransda həkim mama-ginekoloq Təranə Bayramova Mərkəzi Gömrük Hospitalını təmsil etmişdir. Xəstəxanamızın həkimi Təranə Bayramova tərəfindən bu konfrans üçün hazırlanan “Total laparoscopic hysterectomy versus vaginal hysterectomy: a 7-year retrospective study”, və “Laparoscopic hysterectomy in obese women evaluation of clinical characteristics” adlı tezisləri dəyərləndirmə heyəti tərəfindən qəbul edilmiş və Təranə Bayramova tərəfindən poster məruzə şəklində təqdim edilmişdir. Konfrans və məruzə haqqında geniş məlumatı saytda və konfransın rəsmi saytından əldə etmək olar: http://www.tajev2014.org/