Xəbərlər


Patohistoloqlar cəmiyyətinin qış məktəbinin seminarı

Böyük Britaniyanın London şəhərində 2014 -cü il 13-17 yanvar tarixlərində Winter School (patohistoloqların qış məktəbi) növbəti dəfə fəaliyət göstərdi. Dünyanın müxtəlif tibb müəssələrindən gəlmiş patoloqlarla bərabər, Mərkəzi Gömrük Hospitalının aparıcı həkim-patomorfoloqu Samirə Kələntərli də bu seminarda iştirak etmişdir. Proqrama sitolojı, histolojı və immunohistokimyəvi müayinələr və materiallar daxil olmuşdur. Mühazirələr digital mikroskipiya üsulu ilə və müasir texnoloji vasitələrlə təchiz edilmiş, seminarlarlarda isə bütün lokolizasiyalar əhatə olunmuşdur. Patohistoloqlara müayinə nəticələrini hazırlarkən səhv və yanlışlıqların baş verməməsi  ücün dəyərli tövsiyələr verilmişdir. Slide seminarlarda imtahanlar keçirilmişdir. Seminar iştirakçıları  ücün toxumalardan 30 nümunələr hazırlanmış və imtahandan sonra hədiyyə olaraq onlara təqdim olunmuşdur. Pratik xarakter daşıyan seminarlarda  Zeiss  firmasının yeni mikroskoplarından istifadə olunmuş, nadir rast gələn çətin patologiyalar seçilmişdi. Seminarda histolojı rənglənmə üsulları ilə bərabər immunomarkerlərin panelləri də geniş müzakirə edilmişdir. Onkolojı proseslərdə immunohistokimyəvi differensial paneldə yeni istifadə olunan markerlər qeyd olunmuşdur.                                              

Mühazirə və seminarları Londonun TRUST Universitetlərinin  müəllim heyyəti aparmışdır.  Kursun sonunda sertifikasiya imtahanı keçirilmiş və sertifiklar təqdim olunmuşdur.