Xəbərlər


Azərbaycanda ilk dəfə olaraq «Tulium Lazer» tətbiqi ilə əməliyyatlara başlanıldı

 Mərkəzi Gömrük Hospitalının  Urologiya şöbəsində prostat vəzin xoşxassəli hiperplaziyaları zamanı Respublikada ilk dəfə olaraq  «Tulium  Lazer»lə  prostatektomiya  əməliyyatlarına başlanıldı.

   Son zamanlara qədər hospitalda prostat vəzin xoşxassəli hiperplaziyaları zamanı açıq prostatrktomiya,  TUR (transuretral rezeksiya)   tipli əməliyyatlarla müalicə aparılırdı. Tibbin ən son texnalogiyaları içərisində yer alan  «Tulium  Lazer»  cihazı bu xəstəlikdən əziyyət çəkən xəstələrin daha tez , effektli və minimal fəsad riski ilə müalicə olunmalarına imkan verəcəkdir.

    «Tulium  Lazer»  prostatektomiyası digər üsullarla müqayisədə bir  sıra üstünlüklərə malik olması ilə seçilir. Beləki:

-         Əməliyyat zamanı qanitirmə daha az olur;

-         Bu lazer cihazı kənarlaşdırılacaq vəz toxumasını həm enukleasiya etməyə (soyaraq ayırmağa), həm də buxarlandırmağa (vaporasiya)  qabildir;

-         Burada böyümüş vəz toxuması  həcminin  əhəmiyyəti yoxdur;

-         Prostat vəzin tam anatomik enukleasiyasına nail olunan bu əməliyyatlar zamanı arzuolunmaz kənar effeklər digər prostat vəz adenomektomiyalarına nisbətən daha az müşahidə olunur;

-         Bu lazer cihazı ilə əməliyyatların orta davametmə zamanı daha qısadır;

-         Xəstələrin əməliyyatdan sonra stasionarda yatış günləri və sonrakı reabilitasiya müddəti digər üsullara  nisbətən daha azdır.