Xəbərlər


I Patomorfoloji Elmi-Praktik Konfrans keçirildi

19.12.2014 – cü il tarixdə “Hyatt Regensi” hotelinin toplantı zalında  Mərkəzi Gömrük Hospitalının təşkil etdiyi  I Patomorfoloji Elmi-Praktik Konfrans  keçirildi.  Konfransda  Azərbaycan Tibb Universitetindən Azərbaycan EA müxbir üzvü prosessor-uroloq S.İmamverdiyev,  professor və dossentlər , Bakının bir –çox  klinikalarından tanınmış mütəxəssislər , nümayəndələr iştirak etmişlər.

Mərkəzi Gömrük Hospitalının Patomorfologiya bölümündə dəqiq patomorfoloji diaqnoz qoymaq üçün istifadə olunan ən müasir tədqiqat üsullarından, xüsusən bu ildən aparılmağa başlanmış nefrobioptatların  immunoflüorosent  tədqiqlərdən bəhs edən konfrans, iştirakçılarda böyük maraq doğurmuşdur.

Konfransda baş məqalə - “Müasir patomorfoloji müayinələr”  ilə hospitalın aparıcı patomorfoloqu Samirə xanım Kələntərli çıxış etmişdir.

Hospitalın radioloqu , uzman doktor Eldəniz Hüseynov “Perkutan orqan biopsiyaları” , hospitalın nefroloqu Mirmənsim Mənsimov isə  “Böyrək biopsiyalarının klinik əhəmiyyəti” adlı məruzələrlə çıxış etmişlər. Çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanmış, mövzular ətrafında diskusiyalar aparılmışdır.

Konfransda Mərkəzi  Gömrük Hospitalının Patomorfologiya bölümünün bu xidmətlərindən respublikamızın bütün tibb müəssisələrinin yararlana bilməsinin mümkünlüyü və bu sahədə əməkdaşlığa hər zaman hazır olduğu vurğulanmışdır.