Xəbərlər


Londonda Patoloqların Qış seminarı keçirildi

Hər il olduğu kimi bu il də Böyük Britaniyanın London şəhərində 2015 -ci il 2-7 fevral tarixlərində Winter School (Patohistoloqların qış məktəbi) növbəti dəfə fəaliyyət göstərdi. Dünyanın müxtəlif  ölkələrindən gəlmiş patoloqlarla bərabər, Mərkəzi Gömrük Hospitalının aparıcı həkim-patomorfoloqu Samirə Kələntərli də bu seminarda iştirak etmişdir.

      Bu ilki proqramda klassik sitolojı və histolojı muayinələrlə  bərabər, frozen (təcili) , immunohistokimyəvi,  immunofluoressent və elektron mikroskopiya tədqiqatlarına da geniş yer verilmişdir. Təcili (frozen) müayinələr bölümündə ağciyər, yumurtalıqlar, mədəaltı vəzidən götürülən nativ toxuma tədqiqatları muzakirə olunurdu. Mühazirələr digital mikroskipiya üsulu ilə və müasir texnoloji vasitələrlə təchiz edilmişdi. Patohistoloqlara müayinə nəticələrini hazırlarkən səhv və yanlışlıqların baş verməməsi  ücün dəyərli tövsiyələr verilmişdir. Slide seminarlarda imtahanlar keçirilmişdir. Seminar iştirakçıları  ücün toxumalardan 30 nümunə  hazırlanmış və imtahandan sonra hədiyyə olaraq onlara təqdim olunmuşdur.  Seminarlarda  “Zeiss”  firmasının yeni mikroskoplarından istifadə olunmuş və nadir rast gələn çətin patologiyalar seçilmişdi. Seminarda histolojı rənglənmə üsulları ilə bərabər immunomarkerlərin, immunofluoressent panelləri də geniş müzakirə edilmişdir. Böyrək biopsiyaları mühazirələrində immunofluoressent və elektron mikroskopiyanın diaqnoz  qoyuluşundakı əhəmiyyəti izah edilirdi.  Onkolojı proseslərdə immunohistokimyəvi yeni differensial panellər nümayiş olunmuş   və yeni istifadə olunan markerlər qeyd  edilmişdir.                    

Mühazirə və seminarları Londonun TRUST Universitetləri  və  Royal College-in  müəllim heyyəti aparmışdır.  Kursun sonunda sertifikasiya imtahanı keçirilmiş və sertifikatlar təqdim olunmuşdur.