Xəbərlər


VII Robotik ginekoloji cərrahiyyə kongresi keçirildi

11-13 İyun 2015-ci il tarixləri arasında SERGS Annual Meeting və Türkiyə Ginekoloji Endoskopik Cəmiyyəti tərəfindən Türkiyənin İstanbul şəhəri Windham Grand Levent otelində VII  Robotik ginekoloji cərrahiyyə kongresi düzənlənmişdi. VII Robotik ginekoloji cərrahiyyə kongresində Avropa ölkələri və Türkiyədən olan 500-ə yaxın alim, həkim, tədqiqatçı iştirak etmiş, 100-ə yaxın elmi tezis-məruzə, video və poster şəkilində təqdim olunmuşdu. Konfransın elmi proqramında konfransdan əvvəl kurslar, praktik qabiliyyət, əsasən canlı cərrahi videotranslyasiyası yer almışdı. Modern robotik texnoloji vasitələrlə, endoskopik çihazlarla təchiz olunan geniş sərgi salonları, kurslar üçün ayrılmış maket və heyvanlar üzərində təcrübə keçmə otaqları yüksək səviyyədə təşkil edilmişdi. Konqress müasir ginekoloji cərrahiyyəyə son illər yenilik gətirən robot yardımlı cərrahiyyəyə həsr olunmuşdu. İngilis dilində keçirilən kongress, endoskopiyanın yeni sahəsi olan robotik cərrahiyyəni əhatə edən maraqlı məruzə və çıxışlarla yaddaşlara həkk oldu. Endoskopik ginekologiyada olan yeniliklərlərin təqdim olunduğu beynəlxalq konfransda Azərbaycanı Mərkəzi Gömrük Hospitalın həkim mama-ginekoloqu Təranə Bayramova təmsil etmişdi. Konfrans haqqında geniş məlumatı konfransın rəsmi saytından əldə etmək olar: www.sergs.org/membership-benefits/.