Xəbərlər


Dərini Günəşdən necə qorumalı?

Artıq isti yay günlərini yaşayırıq. Günəşin qızılı şüaları altında, çimərliklərdə istirahət etmək çox xoş əhval-ruhiyyə yaradır. Amma unutmamalıyıq ki, bu cür istirahətdən sonra günəşin fəsadları da qaçılmazdır.

Hamıya məlumdur ki, günəş şüalarının daha aktiv olduğu saatlarda açıq gün altında saatlarca qalmaq bizə xeyirdən çox zərər verə bilər. Bu zərər ilk növbədə dərimizdə hiss olunmaqdadır.

Dəri rənginə görə 6 tipə bölünür.

1-ci tip dəriyə malik insanların dərisində dərinin rəngi həddindən artıq ağ, gözlərin rəngi açıq mavi-yaşıl, saçlar isə açıq-sarı - qızılı rəngdə olur.

2-ci tip, dərinin rəngi ağ, göz rəngi mavi-yaşıl, saçları qızlı rəngdə olan insanlara xasdır.

3-cü tip dərinin rəngi acıq qəhvəyi (bugdayı ) olub, göz acıq qəhvəyi, qonur, yaşıl, saçları şabalıdı, acıq qəhvəyi ola bilər

4-cü tip dərili insanlar daha tünd (qarabuğdayı) rəngli dəriyə malikdirlər. Gözlər qəhvəyi, qara,saçın rəngi tünd qəhvəyi, qara olur.

5-6-ci tip dərili insanlara isə zəncilər - tünd qəhvəyi və qara dərili insanlar, aid edilir. Gözlərin və saçın dərisi tünd qəhvəyi və ya zil qara olur.

1 və 2-ci tip dərilərdə dəriyə rəng verən melanin piqmentinin miqdarı həddindən artıq az olduğu üçün, Günəş şüalarından müdafiəsi də yox dərəcəsindədir. Bildiyimiz kimi, Günəş şüalarının təsirindən dəridəki melanin piqmenti sürətlə artıb çoxalaraq dərinin rəngin daha da tündləşdirir və bununla da dərini Günəşin zərərli ultrabənovşəyi şüalarından qorumuş olur. Bu tip dərilər, aktiv Gündən daha tez və dərin zədələnir.

Ümumiyyətlə dərinin tipindən asılı olmayaraq hər kəs yay aylarında Günəşdən qorunma kremlərindən istifadə etməlidir. Yəni bu kremin itifadəsi təkcə cimərlikdə olarkən deyil, hər gün, küçəyə çıxarkən istifadə olunmalıdır. Əsasən üz dərisinə və yay geyimlərindən dərini açıq qalan sahələrinə SPF tərkibli kremlərinin çəkilməsi tövsiyə olunur. Gündən qoruyucu SPF kremləri 15-20-30.....80-100 rəqəmlərlə seriyalanır. Bu rəqəmlər kremlərin təsir müddətini, yəni SPF 15-150 dəqiqə, SPF 20-200 dəqiqə əgər yuyulmazsa öz müdafiə təsirini saxlayır.1-2-3-cü tip dərilər üçün daha böyük rəqəmli SPF kremlər istifadə olunması məsləhət görülür.

Dəri tipinə müvafiq olaraq 10-20-30 dəqiqədən artıq aktiv gün altında qalmamağa diqqət göstərin. Fəsil boyu az-az və fasilələrlə dərinizin sağlam qaralmasına nail olun.

 4-cü tip dərilər daha az yanıq alır, 5-6-ci tiplərdə isə Günəş yanmaları təsadüf olunmur. Buna baxmayaraq istənilən tip dərilərdə SPF kremlərin istifadəsi tövsiyə olunur.

İnsanlarda bir yanlış fikir də var ki, SPF kremi dərinin Günəşdən qaralmasına mane olur. Bu heç də dogru fikir deyil. SPF kremlər dərini sadəcə Günəşin zərərli ultrabənövşəyi şüalarının zərərli təsirindən, Günəş yanıqlarından qoruyur. Dəri SPF kremin fonunda çox gözəl bürünc rəngini ala bilir.

Vaxtaşırı aktiv gün altında qaralan dərilər zaman keçdikcə daha tez qocalır, dəridə dərin və çoxsaylı qırışlar, kəskin dermatitlər, allergik övrə, dəri xərcəngi əmələ gəlmə riskinə məruz qalır.