Xəbərlər


MILANDA 39 - cu AVROPA SİTOLOGİYA KONFRANSI KEÇİRİLDİ

        20-23.09.2015-ci il tarixlər aralığında  İtaliyanın Milan şәhәrindә 39-cu Avropa Sitologiya konfransı keçirildi.  Bu  konfransda respublikamızdan Mәrkәzi Gömrük Hospitalının Patomorfologiya şöbәsinin hәkimi ZәrifәYusifli, Milli Onkologiya Mәrkәzi Patositomorfologiya laboratoriyasının hәkimi BahadurAbbasov, AzәrbaycanTibb Universitetinin Patoloji Anatomiya kafedrasının dosenti İlahә Kәrimova vә asistenti Camal Musayev iştirak etmişlәr. Konfrans zamanı Dr.Zәrifә Yusifli, Bahadur Abbasov vә Camal Musayevin Azәrbaycanda sitologiyanın inkişafı ilә bağlı çıxışları olmuşdur. Patoloq   Zәrifә Yusifli Azәrbaycanda uşaqlıq boynu xәrçәnginin başlanğıc mәrhәlәdә diaqnostikasında istifadә olunan PapSmear (uşaqlıq boynu yaxmaları) testindәn bәhs etmiş, bu metodun qadınlarda çox rast gәlinәn vә ölümlә nәticәlәnә bilәn xәrçәng növlәrindәn biri olan servikal xәrçәngin erkən mərhələdə aşkarlanmasında  çox faydalı olduğunu bildirmişdir. Respublikamızda da bu müayinә materialının dәyәrlәndirilmisindә dünyada qәbul edilmiş Bethesda klassifikasiyasının istifadә olunduğu qeyd edilmişdir. Dr.Zәrifә Yusifli son bir il әrzindә respublikamızın 5 әn böyük xәstәxanalarından toplanmış analiz nümunəlrini  tәhlil etdiyini bildirmiş, diaqnostikada istifadә olunan kriteriyaların vә qoyulmuş diaqnozların Bethesda tәrәfindәn qәbul olunan çәrçivәdә olduğu görülmüşdür.

    Daha sonra hәkimlәrimiz sitologiyanın bir sıra  sahәlәrindәki mövcud durumu tәhlil etmiş, sitologiyanın perspektivlәri vә ölkәmizdәki rezidentlәrin sitologiya sahәsindәki tәhsilinin yaxşılaşdırılması ilә bağlı müzakirәlәr aparılmışdır. Hәkimlәrimizin çıxışlarına Avropa Sitoloji Dәrnәklәri Federasiyasının prezidenti avstriyalı sitopatoloq Dr.MartinToetsch vә Türkiyә Sitoloji Dәrnәyinin prezidenti  Prof. Dr.Binnur Önal diqqәtlә qulaq asmışlar. Çıxışların sonunda hәm M.Toetsch, hәm dә B.Önal gәlәcәk illәrdә Azәrbaycanda sitologiyanın, elәcәdә ümumən patohistologiyanın inkişafının çox sürәtlә gedәcәyinә inandıqlarını bildirmişlәr.