Xəbərlər


12-13 oktyabr 2015 –ci il tarixlərində Krakov şəhərində (Polşa) immunohistokimyəvi tədqiqat üsullarının keyfiyyətinə nəzarət edən akademiya tərəfindən patoloqların növbəti akkreditasiyalı seminarı keçirilmişdir.

 

        Seminarın məqsədi yeni immunohistokimyəvi optimal əkscisimlər panellərinin diaqnostik patologiyada istifadəsı  və  bununla  yanaşı laborator və diaqnostik səhvlərin aradan  galdırılması  yollarını göstərmək idi.  Seminar yeni və geniş immunohistokimyəvi panellərin müxtəlif lokalizasiyalarda istifadəsindən, mühazirələrdən və mikroskopik təqdimatdan ibarət idi. Seminarda  Mərkəzi  Gömrük  Hospitalının  patomorfologiya şöbəsinin aparıcı həkim-patomorfoloqu Samirə Kələntərli iştirak etmişdir. Seminarın gedişində yeni ədəbiyyat mənbələri,  tədqiqatların optimizə  edilməsi və standartlaşdırılması, praktiki təlimatılar və protokollar müzakirə olunmuşdur.

Tematik plana aşağıdakı müddəalar daxil idi:

1. İmmunohistokimyəvi prinsiplər - texniki (S. Nielsen);

2. Mənşəyi  naməlum birincili  şişə  yanaşma  (M. Vyberg);

3. İmmunohistokimyada  diaqnostik  çətinliklər (J. Clos);

4. İmmunhistokimyanın   məqsədyönlü   terapiya  dövründə  yeri (M. Miettinen);

5. İmmunhistokimya  və  molekulyar  testləmə  məqsədyönlü  terapiyada: müsbət  və mənfi cəhətlər  (Lasota)

6. Yumşaq toxuma şişlərində immunhistokimya diaqnostikası (M. Miettinen);

7. Molekulyar genetik testləmənin  yumşaq toxuma şişlərinin  diaqnostika və təsnifatında   uyğunluğu  (J. .Lasota) Aidiyyət;

8. İlk növbədə Prostat vəz  olmaqla , sidik yollarının Immunhistokimyası,  

    (L.  Egevad);

9. Süd vəzi  patologiyalarında immunohistokimyasal markerlər (J. Clos).

    Avropa Akkreditasiya Şurası iştirakçılara  Davamlı Tibbi Təhsil üçün (EACCME) 11 CME kreditlər vermişdir.

        Mərkəzi  Gömrük Hospitalının patomorfolojı laboratoriyasında  artıq 6 ildir ki    immunohistokimya tədqiqatları aparılır  və  aparılan  analiz  və  markerlərin panelləri  elmi-ekspert laboratoriyaların panellərinə  uyğundur.

         Sonda   qeyd etmək isterdik ki, bu gün  Mərkəzi Gömrük  Hospitalının patomorfolojı laboratoriyası  böyük potensiala malikdir və Avropa standartlarına uyğundur.