Xəbərlər


Türkiyədə beynəlxalq ginekoloji endoskopik konfrans keçirildi

I Uluslararası Ortadoğu Jinekolojik Endoskopi Kongresi və V Ulusal Jinekolojik Endoskopi Kongresi

24-28Aprel 2013-cü il tarixləri arasında Türkiyənin Antalya Susesi Hotelində Jinekolojik Endoskopi Derneği ( JED ) və Middle East Society for Gynecologic Endoscopy ( MESGE ) təşkil etdiyi «I Uluslararası Ortadoğu Jinekolojik Endoskopi Kongresi» və «V Ulusal Jinekolojik Endoskopi Kongresi» keçirilmişdir. Endoskopik cərrahiyyə sahəsində fəaliyyət göstərən mütəxəssis və elm adamları konfransda bir yerə gələrək təcrübə mübadiləsi, endoskopiya ilə əlaqədar yeni texnika və müdaxilələrin təqdim olunması, minimal invaziv cərrahiyyədə olan inkişaf, laparoskopik əməliyyatların canlı şəkildə translyasiyası, endoskopik sahədə olan problemlərə yeni baxış və müzakirə konfransın mahiyyətini təşkil edirdi. Konfransda Türkiyə və dünyanın bir çox ölkələrindən dəvət edilmiş təcrübəli, tanınmış alim və elm adamları iştirak edirdi. Xarici dövlətlərdən gəlmiş mütəxəssislərin iştirakı ilə zənginləşən interaktiv toplantıda endoskopik cərrahiyyədə müasir texnologiyaların tətbiq və inkişaf etdirilməsi məsələsi təqdim edilmişdi. Konfrans ginekoloji endoskopik cərrahiyənin bütün sahələrini əhatə edən maraqlı məruzələr, gərgin elmi diskussiyalar və elmi yeniliklərlə yadda qaldı. Ginekoloji endoskopik cərrahiyyədə olan yeniliklərlərin nümayiş olunduğu dunyamiqyaslı konfransda Mərkəzi Gömrük Hospitalının mamalıq və ginekologiya şöbəsinin həkimi Təranə Bayramova iştirak etmiş və düzənlənmiş «Jinekolojik Endoskopide Robotik Cerrahi ve Yeni Teknolojiler» kursuna qatılmışdır. Xəstəxanamızın həkimi Təranə Bayramova tərəfindən bu konfrans üçün hazırlanan “Vaginal cuff various suturing methods in total laparoscopic hysterectomy”, “Hysterectomy in obese women: a comparison of abdominal and laparoscopic methods” və “Comparison of LigaSure and convertional bipolar electrosurgery instruments in total laparoscopic hysterectomy” adlı tezisləri dəyərləndirmə heyəti tərəfindən qəbul edilmiş və Təranə Bayramova tərəfindən poster məruzə şəklində təqdim edilmişdir.Konfrans və məruzə haqqında geniş məlumatı saytda və konfransın rəsmi saytından əldə etmək olar: www.jed.org.tr


Dr.Təranə Bayramova, Prof.Dr. Jan Persson (İsveçrə), Prof.Dr. Jonh Boggess (ABŞ), Prof.Dr.Peter Barton Smith (İngiltərə)