Xəbərlər


Hollandiyanın Amsterdam şəhərində VII Avropa Böyrək Patologiyası kursları keçirilmişdir.

2013-cü il 22-24 may tarixlərində Hollandiyanın Amsterdam şəhərində VII Avropa Böyrək Patologiyası kursları keçirilmişdir. Respublikamızdan bu kursda Hospitalımızın patomorfoloqu Kələntərli Samirə iştirak etmişdir. Üç tərkib hissədən təşkil olunmuş bu tədbirin birinci hissəsində testlər keçirilmiş, ikinci və ücüncü etapları isə müvafiq olaraq muhazirə və praktik diaqnostikadan ibarət olmuşdur. Burada ən yeni mikroskopiya texnologiyaları olan immunofluoresent və elektron mikroskopiya usulları ilə qlomerulonefritlərin diaqnostikası öyrənilir, digital mikroskopiyanın patohistolojı program işləmləri ətraflı izah olunurdu. Böyrək biopsiyalarının ilkin götürülmə mərhələlərindən, həmçinin “frozen section” usulu ilə kəsiklərin aparılaraq həm immunofluoresent, həmdə elektron mikroskopiya diagnostikası üçün preparatların hazırlanması qaydaları praktik olaraq təqdim olunurdu. Kurslar 15-18 sayda böyrək patologiyalarının dəqiq diaqnostikasına nail olmaq məqsədi daşımışdır. Sonda aktiv iştirak və keçirilmiş test sınaqları nəticələrinə görə ballon sistemi ilə akreditasiya keçirilmişdir.