Xəbərlər


25-cü Avropa Patoloqları Konqresı keçirildi

31 avqust-4sentyabr 2013-ci il tarixlərində Portoqaliyanın Lisbon şəhərində Avropa Patologiya Konqresi keçirilmişdir. Konqresdə Dünyanın tanınmış patoloqları iştirak etmişlər. Tibb elminin patomorfologiya bölümünün bir sıra aktual problemləri təqdim və müzakirə edilmişdir. Müasir texnoloji vasitələrlə təchiz edilmiş geniş auditoriyalar və sərgi salonları konqresin yüksək səviyyədə təşkilindən xəbər verirdi. Ənənəvi olaraq konqres üç hissəyə bölünmüşdü: elmi-praktik tədqiqatların nəticələrinin təqdimatı, gənc mütəxəssislər üçün elmi konfrans və digital (kompüter) mikroskopiyası.

İngilis dilində keçirilən Konqresdə immunohistokimya və immunofluorestent müayinə metodlarına xüsusi yer verilmiş, urologiya və nefrologiya problemləri üzərində daha ətraflı müzakirələr aparılmışdır.

Prostat vəzi xərçəngində yeni onkolojı markerlərin izahatı və target terapiyası izah olunurdu. Böyrək xəstəlikləri içərisində hər zaman aktual olan qlomerulonefritlər/Glomerulosklerozların immunohistokimya, immunofluorestent və elektron mikroskopiyayası ətrafli təqdim olunmuşdur. Diaqnozların təstiqi və yazılması ilə bağlı məsləhətlər verilirdi. Bu kimi sinaqların aparılması ücün modern mikroskoplar təqdim olunurdu.

Azərbaycandan Avropa Patoloqları Konqresində Mərkəzi Gömrük Hospitalının aparıcı həkim-patomorfoloqu Samirə Kələntərli iştirak edirdi. S.Kələntərli konqresdə “ Primary malignant melanoma of urethra (Ueretranın ilkin melanoması ) ” adlı stend məruzəsi ilə çıxış etmişdir. Məruzədə uretral melanomanın immunohistokimyəvi panelinin gurulması: S100; HMB45; CD56; CD99; CD34; Tyrosinase; Ki 67 kimi onkomarkerlərin hiperekspressiyası; diaqnostik və proqnostik əhəmiyyəti təsvir olunmuşdur. Nəticələr əsasında uretral melanomanın yüksək dərəcəli proliferasiya faizi (Ki67> 40%) təyin edilmişdir.

Konqres və məruzə haqqında geniş məlumatı saytda və konfransın rəsmi saytından əldə etmək olar: www.esp-congress.org