HƏKİMLƏRİMİZ
Aynur Vəliyeva, uzman
otorinolarinqoloq
Peşəmin ən gözəl tərəfi - 3 duyğu üzvünə (qoxu, dad, eşitmə) savadım, bilik və bacarıqlarımla toxunmaqla pasiyentlərimə həyatlarını sağlam duymaqlarında yardım göstərə bilməyimdir.
Fəaliyyət sahəsi: Adenoidektomiya, tonzillektomiya, qulaq pərdəsinə parasentez boru yerləşdirilməsi, üzəngi sümükcüyünun plastikası, xarici qulağın plastikası, qulaq pərdəsinin bərpası əməliyyatı, açıq və qapalı burun çəpər əyriliyi əməliyyatı, rinoplastika, burun polipləri və burun cibləri xroniki iltihablı xəstəliklərinin cərrahi yolla təmizlənməsi, göz yaşı kanalı tıxanıqlığının cərrahi yolla açılması, boynun ön və yan divarının kistlərinin əməliyyatı, tüpürcək vəzi əməliyyatları, qırtlaq biopsiyaları və poliplərinin xaric edilməsi əməliyyatlarını həyata keçirir.
Təhsil
Azərbaycan Tibb Universiteti, müalicə fakültəsi
Klinik Tibbi Mərkəz Xəstəxanası, ümumi cərrahiyyə ixtisası üzrə internatura
Ankara Qazi Universitetində qulaq, burun, boğaz və baş boyun xəstəlikləri cərrahiyyəsi üzrə uzmanlıq təhsili almış və uzman otorinolarinqoloq adını qazanmışdır.
Təcrübə və Bacarıqlar
2015-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim otolarinqoloq kimi fəaliyyət göstərir.
Üzv olduğu təşkilatlar