AZ  I  EN  I  RU  

                      





HƏKİMLƏRİMİZ



Ünvan

Bakı, K.Kazımzadə küç. 118

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-0808

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Fəridə Abdullayeva

şöbə rəisi, fizioterapevt-reabilitoloq

Fizioterapiya - dərmanlar, əməliyyatlar fayda vermədiyi halda xəstələrə yardım etməyə və qısa zamanda sağlamlığa müsbət təsir göstərərək onların həyat keyfiyyətini yaxşılaşdırmağa qadirdi. 

Fəaliyyət sahəsi: Onurğanın degenerativ xəstəlikləri (osteoxondroz,fəqərəarası disklərin protruziya və yırtıqları), nevritlər və nevralgiyalar, o cümlədən üz sinirin iflici, üçlü sinirin nevralgiyası, qabırğaarası nevralgiya, Artrit və artrozlar, miozitlər, tendinitlər, tenosinovitlər, epikondilitlər, Hemorragik və işemik insultlardan sonrakı monoparezlər və plegiyalar, hemi-para-parezlər və plegiyalar, Travmalardan sonrakı parezlər və plegiyalar, Uşaq serebral ifliclərin qalıq əlamətləri, Nevrozlar, Enurezlər, Aşağı ətrafların diabetik polineyropatiyası, Xroniki rinitlər (o cümlədən allergik), tonzilitlər, otitlər, sinusitlər, Dəri xəstəlikləri, alopeciya, Qadın cinsi orqanlarının xroniki iltihabi xəstəlikləri, Xroniki bronxitlər, bronxial astma, xroniki pnevmoniyalar, Xroniki qastritlər, mədə xorası, xroniki kolitlər, 

Xroniki sistitlər, xroniki prostatit, Limfa və venoz damarlarının durğunluğu.

Təhsil

  • 1973-1979

N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu,

müalicə-profilaktika fakültəsi

  • 1979-1980

Bakı, 3 №-li klinik şəhər xəstəxanası,

internatura

 

 

Təcrübə və Bacarıqlar

  • 1981-2012 Dövlət tibb məssisələrində fizioterapevt-reabilitoloq kimi fəaliyyət göstərib
  • 2012-ci ildən Mərkəzi Gömrük Hospitalında Fizioterapiya və tibbi reabilitasiya şöbəsinin rəisi, fizioterapevt-reabilitoloq vəzifəsində çalışır

Lisenziyalar və Sertifikatlar


  • 1984-1985 Burdenko ad. Elmi-Tədqiqat Neyrocərrahiyyə İnstitutu, Otorinolarinqologiya, Rusiya, Moskva
  • 1985 Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ), Otorinolarinqologiya, ixtisaslaşdırma
  • 1992 ADHTİ, Otorinolarinqologiya, təkmilləşdirmə
  • 1995 ADHTİ, Fizioterapiya, ixtisaslaşdırma
  • 2000 ADHTİ, Fizioterapiya, təkmilləşdirmə 
  • 2002 Yaponiyanın Miyagi Prefekturasının Universitetin Tibb fakultəsinin “Əlil şəxslərə reabilitasion müalicənin təşkili ” mühazirə və praktiki məşğələlər kursu 
  • 2008 ADHTİ, Fizioterapiya, təkmilləşdirmə 
  • 2015 “Almaniyada səhiyyənin təşkili və inkişafı”, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Almaniya, Hamburq, Berlin, Leypsiq 
  • 2016 ADHTİ, Fizioterapiya, təkmilləşdirmə 
  • 2017  “Fizioterapiyada innovativ texnologiyalar”, Azərbaycan, Bakı
  • 2017 “Modern technologies and equipment for reabilitasion and development of people with severe disability” Azərbaycan, Bakı
  • 2018 IV Beynəlxalq konqress "Fizioterapiya. Müalicəvi İdman. Reabilitasiya. İdman Təbabəti" Rusiya, Moskva