HƏKİMLƏRİMİZ



Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

İlahə Əzizova

nevroloq

Yaradılmışların ali zirvəsi İNSANdır. İnsanın isə zirvəsi onun beynidir. Nizamlı beyin sağlam düşüncə deməkdir.

Fəaliyyət sahəsi: Mərkəzi və periferik sinir sisteminin xəstəlikləri: Serebrovaskulyar xəstəliklər beyin qan dövranın kəskin (insult) və xroniki pozulmaları, demielinizasiyaedici xəstəliklər (dağınıq skleroz, ensefalomielit), infeksion xəstəliklər (meningit, ensefalit, mielit), neyrodegenerativ xəstəliklər (Alzheymer xəstəliyi, Parkinson xəstəliyi), epilepsiya, miasteniya, sinir sisteminin irsi xəstəlikləri, neyropatiyalar, baş ağrıları, başgicəllənmə, yuxu pozulmaları, yaddaş zəifləməsi, təşviş pozuntuları.



Təhsil

  • 2007-2013

Azərbaycan Tibb Universiteti, Müalicə-profilaktika fakültəsi

  • 2014-2018

Ak. M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası, II sinir xəstəlikləri şöbəsi

  • 2017

Başkent Universitet Hospitalı, Nevrologiya şöbəsində təkmilləşdirmə kursu, Türkiyə, Ankara

Təcrübə və Bacarıqlar

  • 2019 Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ), Nevrologiya və klinik neyrofiziologiya kafedrası, baş laborant

  • 2020-cu ildən Mərkəzi Gömrük Hospitalı, nevrologiya şöbəsi, nevroloq kimi çalışır.

Nailiyyətlər və Üstünlüklər

Publikasiyalar və konfranslarda çıxışlar:

  • Milli Nevrologiya Jurnalı (elmi-praktik jurnal) – “Diastematomieliya”, Xüsusi buraxılış (Türkdilli Dövlətlərin II Beynəlxalq Nevrologiya Konqressi, 26-27 May 2017, Almaata, Qazaxıstan)
  • Azərbaycan Tibb Universitetı, BİMEC “İdiopatik intrakranial hipertenziya- klklinik müzakirə”, 2-3 Noyabr, 2017
  • Neonatal Nevrologiyanın Aktual Məsələləri konfransı “Pediatrik dağınıq skleroz” mövzusu ilə çıxış 23 may 2018.
  • Milli Nevrologiya Jurnalı (elmi-praktik jurnal) – “Neyro Bexçet”, Xüsusi buraxılış (Türkdilli Dövlətlərin IV Beynəlxalq Nevrologiya Konqressi, 19-20 dekabr 2019, Bakı, Azərbaycan)
  • Milli Nevrologiya Jurnalı (elmi-praktik jurnal) – “Gənc yaşda başlayan parkinson xəstəliyi zamanı avtonom sinir sisteminin disfunksiyası”, Xüsusi buraxılış (Türkdilli Dövlətlərin IV Beynəlxalq Nevrologiya Konqressi, 19-20 dekabr 2019,Bakı, Azərbaycan)

Lisenziyalar və Sertifikatlar

 

  • 2019 Avropa İnsult Təşkilatının V İllik Konqresi “Azərbaycanda işemik insultun müalicəsi: ESO-EAST və RES-Q qeydiyyatının ilkin nəticələri”, poster prezentasiyası., İtaliya, Milan
  • 2020 Avropa Nevrologiya Akademiyasının  VI  konqresi, Azərbaycan, Bakı 

 

Üzv olduğu təşkilatlar


  • Azərbaycan Nevroloqlarının Milli Assosiasiyası
  • Türkdilli dovlətlərinin Beynəlxalq Cəmiyyəti,
  • Avropa İnsult Təşkilatı
  • Avropa Nevrologiya Akademiyası
  • Beynəlxalq Başağrı Cəmiyyəti