HƏKİMLƏRİMİZ



Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Nərmin Muradova

mama-ginekoloq

Həkimliyi öyrənmək, əslində insanlığı öyrənməkdir. Mənim üçün həkimlik yalnız təbabət deyil, bütünlükdə mənim həyatımdır.

Fəaliyyət sahəsi: Normal və patoloji hamiləlik təqibi; Normal fizioloji və cərrahi doğuşlar; Konservativ və cərrahi ginekologiya; Uroginekologiya və kosmetik ginekoloji cərrahiyyə; Sonsuzluğun konservativ və cərrahi müalicəsi; HPV müayinəsi; Kolposkopiya; Anormal smearın təqibi; Laparoskopik cərrahiyyə-mioma, kist, endometriozis əməliyyatları; Laparoskopik histerektomiya; Histeroskopiya; Menopauza təqibləri; Genital və uriner infeksiyalar; Qız uşaqları və hər yaşda qadınlarda ginekoloji xəstəliklərin müalicəsi; Hormonal problemlərlə bağlı və ya idiopatik olan sonsuzluq müalicəsi; Servikal xəstəliklərin müalicəsi; Vaginal daralma əməliyyatları; Sidik qaçırma səbəblərinin araşdırılması və aradan qaldırılması; Riskli hamiləliklərin təqibi və sonlandırılması; Süni mayalanma prosedurunun aparılması. 

Təhsil

  • 2000-2007

Azərbaycan Tibb Universiteti, müalicə profilaktika fakültəsi

  • 2007-2009

1 Saylı Doğum Evində mama-ginekologiya ixtisası üzrə kliniki ordinatura

Təcrübə və Bacarıqlar

  • 2009-2010 Dövlət və özəl  doğum evlərində, mama-ginekoloq

  • 2010-2011 Ankara Universiteti Tibb fakültəsi Cebeci Hastanesi Qadın xəstəlikləri və doğum şöbəsində mama-ginekoloq

  • 2011-2012 İstanbul Şişli Hamidiye Etfal Egitim və Araşdırma Hastanesi Qadın xəstəlikləri və doğum şöbəsində mama-ginekoloq

  • 2016-2018 Mərkəzi Gömrük Hospitalının Qadın Sağlamlıq Mərkəzində Süni mayalanma üzrə mütəxəssis

  • 2010-cu ildən Mərkəzi Gömrük Hospitalında cərrah-laparoskopik, mama-ginekoloq kimi çalışır

 

Elmi işlər

  • 10-dan çox çap olunmuş elmi məqalələrin müəllifi, 30-dən çox elmi konfransın iştirakçısı

 

 


Lisenziyalar və Sertifikatlar

 

  • 2011 “Türkiyə -Almaniya Ginekoloji konqresi” Qadın xəstəlikləri və doğum üzrə aparılan son araşdırmalar. Türkiyə, Antalya 
  • 2011 “Obstetrik və cərrahi ginekologiyanın yenilikləri” təlimi,  Fransa, Paris
  • 2013 Türkiyə, Ankara Universiteti Tibb fakültəsi “Doğum, Qadın xəstəlikləri və Perinataloji problemlər” üzrə təkmilləşdirmə kursu
  • 2013 “Robotik cərrahiyyə və  ve endoskopik ginekologiyada yeni texnologiyalar” təlimi. Türkiyə, Antalya 
  • 2013 “Obstetrik ginekologiya ve sonsuzluq” təlimi. Avstriya, Vyana
  • 2014 Laparoskopik sütür kursu, Türkiyə, Bursa
  • 2014 İstanbul Şişli Hamidiye Etfal xəstəxanasında “Qadın xəstəlikləri və hamiləliyin düzgün aparılması”  təlimi. Türkiyə, İstanbul     
  • 2014 Ege Universitetinin Tibb fakültəsi tərəfindən keçirilən  “Ginekoloji endoskopik” simpozium, Türkiyə, İzmir 
  • 2014 “Minimal İnvaziv Ginekoloji simpozium”, Türkiyə, Uludağ 
  • 2014 “Minimal İnvaziv Ginekoloji konqres”, Türkiyə, Bursa 
  • 2018 “Perinatologiya və ginekologiya. Mama-Ginekologiyada diaqnostikanın və müalicənin aktual problemləri” təlim kursu, Azərbaycan, Bakı
  • 2019 Türk-Ginekolojik endoskopi platformu II minimal invaziv ginekoloji cərrahi konqresi 
  • 2021 Türkiyə Qadın Xəstəlikləri və Doğum Dərnəyi tərəfindən təşkil edilmiş XVIII Milli Ginekoloji və Mamalıq konqresi. Türkiyə, Antalya
  • 2023 Avropa Ginekologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən 15-ci Avropa Ginekoloji Birliyinin VIII beynəlxalq konfransı. Hollandiya, Amsterdam şəhəri.

 

Peşəkar cəmiyyətlərdə üzvlük

 

  • Türkiyə Ginekoloji və Mamalıq Cəmiyyəti 
  • Türkiyə Üreme Tibb Birliyi 
  • Türkiye Üreme Sağlığı ve İnfertilite Birliyi
  • Türkiyə  Ginekoloji Endoskopiya Birliyi 
  • Avropa İnsan Bərpası və Embriologiyası Cəmiyyəti 
  • Türkiyə Çanaq dibi Rekonstruktiv Cərrahiyyə və İnkontinans Birliyi  
  • Beynəlxalq Pelvikperineologiya Cəmiyyəti