HƏKİMLƏRİMİZ



Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Elvin Əzizov, t.f.d

otorinolarinqoloq

Hədəfim - hər bir pasiyentimə individual yanaşaraq rahat tənəffüs, saf səs və aydın eşitməni təmin edərək güvəninizi qazanmaqdır. 

Fəaliyyət sahəsi: burun çəpəri əyriliyi, burun balıqqulaqlarında aparılan əməliyyatlar, tonzillektomiya, adenoidektomiya, xoruldama cərrahiyəsi, endoskopik sinuzit cərrahiyyəsi, gözyaşı kanalı tıxanıqlığı, qulaq pərdəsi təmiri, eşitmə azlığı, qulaq iltihablarının mualicəsinə dair əməliyyatlar, qırtlaq xəstəliklərində cərrahi müdaxilə (endoskopik mikrolarinqologi əməliyyatlar, səsin korreksiyası), funksiyonal və estetik burun əməliyyatları, tənəffüs yollarının və qida borusunun yad cisimlərinin çıxarılması, anadangəlmə üz və damaq qüsurlarının aradan qaldırılması, xoana atreziyalarının aradan qaldırılması.

 

Təhsil

  • 2001-2007

Azərbaycan Tibb Universiteti

  • 2007-2009

Ukrayna, Xarkov Diplomdansonrası Tibb Akademiyası, otolarinqologiya kafedrası, ordinatura

  • 2010-2013

Ukrayna, Xarkov Diplomdansonrası Tibb Akademiyası, otolarinqologiya kafedrası, aspirantura
  

 

Təcrübə və Bacarıqlar

  • 2007-2014 Ukrayna, Xarkov, 30 saylı Xarkov klinik xəstəxanası, otolarinqoloq
  • 2013-2015 Ukrayna, Xarkov diplom sonrası Tibb Akademiyası, otolarinqologiya  kafedrası, uşaq otolarinqologiyası üzrə staj müddəti    
  • 2015-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-otolarinqoloq kimi çalışır

Nailiyyətlər və Üstünlüklər

  • Ukrayna, Kiyev, A.S Kolomiyçenko adına Elmi Tədqiqat Otolarinqologiya İnstitutunda tibb elmləri namizədi elmi dərəcəsi  almaq üçün "Agırlaşmış sinusitli xəstələrdə cərrahi müalicənin fotohemoterapiya  istifadəsi ilə optimallaşdırılması" mövzusunda dissertasiya müdafiəsi
  • Patent № 88326 «Ağırlaşmış paranazal xəstələrin müalicə üsulu" Ukrayna Dövlət patent reyestrində keyfiyyət modelinin qeydiyyatı. 11.03.2014

Lisenziyalar və Sertifikatlar

 

  • 2010 XI otolarinqoloqlar toplantısı. Sudak ş. АR Krım
  • 2012 Ukrayna həkim-otolarinqoloaqların elmi-tibbi birliyi (UNMOVO)  «LOR orqanların xroniki iltihabi xəstəliklərinin müasir müalicə və diaqnostrika metodları" Sudak ş. АR Krım
  • 2012 Gənc alimlərin «21-ci əsrin tibbi» adlı elmi-praktiki konfrans Ukrayna,   Xarkov