HƏKİMLƏRİMİZ



Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Kamran Beydullayev, t.f.d.

m.r.c.s., ümumi cərrah, transplantoloq

Orqan transplantasiyası – minlərlə insan üçün yaşamaq, həyata qayıtmaq şansıdır. Cərrahi əməliyyatdan sonra hər bir pasiyentin gözlərindəki ümid, yaxınlarının sevinci mənə ən gözəl hədiyyədir. 

Fəaliyyət sahəsi: endokrin vəzi xəstəlikləri (qalxanabənzər və qalxanabənzər ətraf vəziləri, böyrəküstü vəzi), hepatopankeatobiliar xəstəliklər (qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi xəstəlikləri), qastrointestinal sistem xəstəlikləri (mədə, nazik və yoğun bağırsaq), proktoloji xəstəliklər (hemorroy, anal fistula, anal çat və s.), yırtıqlar, dəri və yumşaq toxumaların xəstəlikləri zamanı cərrahi əməliyyatlar həyata keçirir, həmçinin,  laparoskopik cərrahiyyə, böyrək və qaraciyər transplantasiyası ilə məşğuldur.

Təhsil

  • 1990-1996

            Azərbaycan Tibb Universiteti, müalicə işi fakültəsi

  • 1996-1997

            Sumqayıt TTYX-da cərrahiyyə üzrə internatura  

  • 2002-2007

            Səudiyyə Ərəbistanı, Prince Nasir Bin Saad Al Sudairi Hospital, cərrah-rezident

  • 2007

            İngiltərə Kral Cərrahlar Kolleci, ümumi cərrahiyyə üzrə diplom

Təcrübə və Bacarıqlar

  • 2007-2018 özəl tibb müəssisələrində Orqan transplantasiyası şöbəsi, 

     həkim-cərrah 

  • 2018-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında cərrah-transplantoloq çalışır

     



Lisenziyalar və Sertifikatlar

 

  • 2008-2009 Orqan transplantasiyası üzrə treninq, Türkiyə, İzmir  

Üzv olduğu təşkilatlar


  • Avropa Orqan Transplantasiyası Cəmiyyəti
  • Orta Şərq Orqan Transplantasiya Cəmiyyəti
  • İngiltərə Kral Cərrahlar Kolleci