HƏKİMLƏRİMİZ
Nigar Hacıyeva, t.f.d.
terapevt
Hər birimizin rahat nəfəs almağa həyatı ehtiyacımız var. Təcrübəm boyu hər cür xəstələrə rast gəlmişəm və hər birinin sağlamlığının qayğısına qalaraq uyğun müalicə ilə təmin edərək tezliklə sağalmasına çalışmışam.
Fəaliyyət sahəsi: Pulmonolojı xəstələrin müayinəsi, differensial diaqnostikası, ambulator və stasionar şəraitdə müalicəsi; xarici tənəffüs funksiyasının müxtəlif üsullarla müayinəsi; ağciyərin funksional-diaqnostik müayinə üsullarının nəticələrindən istifadə edərək, xəstələrdə xarici tənəffüs funksiyasının pozulması və müalicədən sonra dinamikada izlənilməsi; tənəffüs çatışmazlığının aşkar olunması; xroniki obstruktiv ağciyər xəstəliyi və bronxial astma olan xəstələrin differensial diaqnostikasının aparılması; cərrahi əməliyyata gedən xəstələrdə “operativ risk” və onun dərəcəsinin təyin edilməsi.
Təhsil
Azərbaycan Tibb Universiteti
4 saylı Vərəm dispanseri, internatura
Rusiya Federasiyası, Moskva, Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutu, Aspirantura
Təcrübə və Bacarıqlar
Nailiyyətlər və Üstünlüklər
Lisenziyalar və Sertifikatlar