Suallarınıza uzman uroloq
Bəhruz Xalıqov cavab verir
Mərkəzi Gömrük Hospitalının uzman uroloqu Bəhruz Xalıqov 2004-cü ildə Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsini bitirdikdən sonra 2013-2018-ci illərdə Türkiyə Cümhuriyyəti Sağlık Bilimleri Üniversitesi İstanbul Eğitim ve Araştırma Hastanesində urologiya ixtisası üzrə təhsilini davam etdirib. 2018-ci ildə Türkiyənin İstanbul şəhərində yerləşən “Özel Hospitalist Hastanesi”-ndə uzman uroloq cərrah kimi bir il müddətində uğurla fəaliyyət göstərmişdir. 2019-cu ildən Mərkəzi Gömrük Hospitalında cərrah uroloq kimi çalışır.
O, 2015-ci ildə Türkiyənin Bursa şəhərində “Prostat xərçəngi və BPH” mövzusunda keçirilən Avrasiya Üroonkoloji Bahar konqresində, həmin ildə Türkiyənin İstanbul şəhərində “Qadınlarda çanaq bölgəsi orqanlarının rekonstruktiv əməliyyatları” mövzusunda simpoziumda, 2017-ci ildə İstanbul şəhərində “Bahçeşehir Universitetinin kliniki anatomiya laboratoriyasında “Dondurulmuş meyit modelində yüksək dərəcəli endoskopik və laparoskopik cərrahiyyə” kursunda, 2016-cı ildə Bakı şəhərində keçirilən VI Uroonkologiya Qış konqresində, 2017-ci ildə Türkiyənin İstanbul şəhərində Türk Urologiya Akademiyasının təşkil etdiyi böyrək şişləri mövzusunda təkmilləşdirmə kursunda, 2018-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən V Beynəlxalq Minimal İnvaziv Uroloji Cərrahiyyə konqresində, 2018-ci ildə Türkiyənin İstanbul şəhərində Acıbadem Universiteti CASE robotik, laparoskopik cərrahiyyə və kliniki anatomiya laboratoriyasında canlı donuz modelində yüksək dərəcəli müasir laparoskopik böyrək cərrahiyyəsi kursunda iştirak etmişdir. Dr. Bəhruz Xalıqov Türk Urologiya Assosiasiyasının, Avropa Urologiya və Türk Uroloji Cərrahiyyə Assosiasiyasının, Türk Endourologiya Assosiasiyasının üzvüdür.
TEZ-TEZ VERİLƏN SUALLAR:
- Prostat kişilərdə mövcud olan vəzli kişi cinsiyyət orqanıdır. Çəkisi təxminən 15-20 qram olan bu orqan sidik kisəsinin çıxacağında yerləşir, onun içərisindən sidik kanalı keçir. 45 yaşdan sonra kişilərdə prostat vəzinin sidik kanalına doğru böyüməsi nəticəsində sidik çıxarmada zəiflik, sidiyin təzyiqində azalma, sidik kisəsini yaxşi boşalda bilməmək, tez-tez sidiyə getmə, gecələr sidiyə getmələr kimi şikayətlər yaradır. Bu şikayətlər mövcuddursa, mütləq uroloq həkimə müraciət etmək lazımdır.
- Bəzi insanlarda gözətrafı toxumada şişkinlik və gözətrafı dərinin rəngində tündləşmə müşahidə edilir. Belə hallarda nədənsə insanlar ilk növbədə, böyrəyin fəaliyyətinin zəiflədiyini düşünürlər. Bildirmək istərdim ki, böyrək fəaliyyətinin gözətrafı toxuma ilə heç bir əlaqəsi yoxdur. Böyrəklər gün ərzində qəbul etdiyimiz mayenin 75-80%-ni sidik şəklində bədənimizdən xaric edir. Yəni gün ərzində qəbul etməli olduğumuz ən azından 2 litr mayenin (bunun 80-90%-ni su təşkil etməlidir) 1,5 litrini sidik olaraq xaric edirik. Ağır dərəcədə böyrək çatışmazlığı olan xəstələrdə maye bədəndən xaric edilə bilmədiyi üçün bütün bədəndə ödem (şişkinlik) yaranır.
- Normal halda sidikdə qan olmamalıdır. Sidik ifrazat sisteminin bir çox xəstəlikləri (böyrək, sidik axarları, sidik kisəsinin daşları, sidik yollarının iltihabı, prostat vəzin böyüməsi və uroloji orqanların xərçəngi) buna səbəb ola bilər. Ona görə də bu əlamat varsa, bunun səbəbi mütləq araşdırılmalıdır.
- Xalq arasında peyğəmbər sünnəti olaraq adlandırılıb normal qəbul edilən vəziyyət əslində sidik kanalının bir anomaliyasıdır. Yəni sidik kanalının normal yerinə deyil, penisin alt tərəfində hər hansı bir yerə açılmasıdır. Bu anomaliyanın müalicəsi yalnız cərrahi yolladır. Uşaq doğulandan 6 ay sonra ya uşaq cərrahına, ya da uroloqa müraciət etməlisininz. Bu xəstəlik vaxtında müalicə edilməzsə, bu uşaqlar sidik yolu infeksiyaları və gələcəkdə sonsuzluq kimi problemlərlə qarşılaşırlar.
- Varikosel xəstəliyi hər iki xaya toxumasından venoz qanı daşıyan damarlarda genişlənmə ilə müşahidə edilir. Beləliklə, venoz (çirkli) qanın toxumaya - xaya toxumasına geri qayıtması orada yaranan spermatozoid hüceyrələrinin bir neçə mexanizm ilə fəaliyyətini zəiflədirlər. Nəticədə sonsuzluq problemi yaranır. Varikosel xəstəliyinin müalicəsi yalnız cərrahi müdaxilə ilə müalicədir. Mikroskopik varikoselektomiya əməliyatı ilə bu problem tamamilə müalicə olunur.
- Böyrək daşları bir neçə çeşid tərkibə malikdirlər. Kalsium oksalat, kalsium fosfat, urat sisitin infeksiya mənşəli müxtəlif dərman preparatlarının çox istifadəsi ilə və s. tərkibli daşlar mövcuddur.
Sidik ifrazat sistemində daşlar daha çox böyrəklərdə sidik axarlarında, sidik kisəsində, az da olsa sidik kanalında rast gəlinir. Daşın ölçüsü yerləşmə yerinə görə həm cərrahi, həm də digər metodlarla müalicə edilir. Daş xəstəliyinin profilaktikasında dərman preparatları və ən əsası gündəlik 2 litr su istifadə edilməsi çox önəmlidir.