Suallarınıza travmatoloq-ortoped
Ramin Rzayev cavab verir
Ramin Rzayev tibb təhsilinə 1996-2001-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində “Müalicə-profilaktika” fakültəsində başlayıb. 2001-2003-cü illərdə Rusiyada Akademik İ.P.Pavlov adına Sankt-Peterburg Dövlət Tibb Universitetində, 2003-2004-cü illərdə Sankt-Peterburq Dövlət diplomdan sonraki təhsil üzrə Tibb Akademiyasında İnternatura, 2004-2006-cı illərdə həmin tibb ocağında Ordinatura, 2006-2009-cü illərdə isə Aspirantura üzrə təhsilini davam etdirmişdir. 2010-cu ildə “çanağın həlqəsinin tamlığının pozulması ilə müşaiyət olunan ağır travmalarının cərrahi müalicəsi” üzrə elmi işini müdafiə etmişdir.
İş təcrübəsinə Ramin doktor 2006-2010-cu illərdə Rusiyada professor İ.İ. Djanelidze adına Sank-Peterburq Təcili Tibbi Yardım Elmi Tədqiqat İnstitutunda başlayıb. 2010-cu ildən isə Mərkəzi Gömrük Hospitalında həkim travmatoloq-ortoped kimi fəaliyyət göstərir. Ramin Rzayev Mərkəzi Gömrük Hospitalının Travmotologiya bölməsinin rəisidir.
Hospitalda çalışaraq Ramin doktor daim sahəsi üzrə biliklərini təkmilləşdirərək müxtəlif beynəlxalq və yerli elmi-praktiki konqres, konfrans, kurs, seminarlarda iştirak edib. Onun təkcə 2017-2018-ci illər ərzində iştirak etdiyi tədbirlər sırasında - Almaniya Federativ Respublikasında “Böyük oynaqların artroplastikası-endoprotezləşdirilməsi” kursu, Danimarka Krallığında “Ağrı və müasir müalicə üsulları” kongresi, Bakıda keçirilən “Pediatrik Travmatologiya və Ortopediya” Beynəlxalq konfransı, “Endoprotezləşdirmə və fəsadların müalicəsi” konqresi və Azərbaycan Travmatlolgiya-Ortopediya Assosiasiyası tərəfindən keçirilmiş “Travmatologiya və Ortopediya” üzrə konfransı qeyd etmək olar.
TEZ-TEZ VERİLƏN SUALLAR:
- Diz ağrısı oynaqdaxili və oynaqxarici strukturlarda patoloji dəyişikliklərin yaranmasının ilk əlamətlərindəndir. Diz oynaqlarında ağrıların ən çox yaranma səbəblərindən biri osteoartritdir (artroz) və 45 yaşdan yuxarı pasiyentlərdə daha çox müşahidə edilir. Yaş faktoru ilə yanaşı digər əsas yaranma səbəbləri - travmalar (burxulma, əzilmə), podaqrik artrit, revmatik poliartrit, infeksion artritlər, artıq çəki, menisk zədələnmələri, sümük iliyi ödəmi, oynaq qığırdağının digər zədələnmələridir.
- Diz oynaqlarında ağrılar travmadan sonra və ya digər səbəblərdən yaranırsa, zaman itirmədən həkimə müraciət etmək vacibdir. Çünki oynaqlarda yaranmış kiçik struktur dəyişiklik daha dərin problemlərin yaranmasına gətirib çıxara bilər.
- Kiçik dəri kəsiklərindən oynağa artroskopik optik cihazladaxil olub oynağın qapalı müayinəsi, müxtəlif kəsici-dişləyici ucluqlu alətlərlə oynaqdaxili müayinənin və cərrahi işin aparılması artroskopik cərrahiyyədir. Travmatologiya-ortopediyada artroskopik cərrahiyyə oynaqların müxtəlif oynaqdaxili xəstəlikləri və zədələnmələrinin bir qayda olaraq müasir müalicə üsuludur.
- Əməliyyatdan sonra xəstənin xəstəxanada yatma müddəti qısadır. Daha çox idmançılar üçün önəmlidir, çünki reabilitasiya dövrü azalır.
- Böyük dəri kəsikləri olmadığı üçün estetikdir. Minimal qanitirmə ilə və adətən qansız aparılır.
- Əməliyyat kiçik kəsiklərdən aparıldığı üçün infeksiya yaranma ehtimalı çox azdır.
- Diz oynağında “C” hərfi şəklində fibroz qığırdaqdan ibarət iki menisk mövcuddur - iç (medial) və bayır (lateral). Hərəkət, yürümə, qaçış və idman hərəkətləri zamanı oynağa düşən bədən ağırlığının oynaq səthinə bərabər paylanmasını və zərbənin yumşaldılmasını təmin edərək bir növ amortizator rolunu oynayır, oynaq qığırdağının erkən aşınmasının qarşısını alır.
- Menisk zədələnmələrinin müalicəsi cərrahidir və bir qayda olaraq artroskopik icra edilir (parsial meniskektomiya, total meniskektomiya, menisklərin tikilməsi). Oynaq qığırdağının aşırı dərəcədə (artroz - III dərəcə) aşınması, kirəcləşməsi hallarında menisk zədələnmələrinin artroksopik yolla müalicəsi müsbət nəticələr vermir.
- Diz oynağının daxilində və mərkəzində bud (femur) və qamış (tibia) sümüklərini birləşdirən çarpaz şəkildə yerləşmiş öndə olan bağ ön çarpaz bağ (ÖÇB-ACL), arxada yerləşmiş bağ arxa çarpaz bağ (AÇB-PCL) adlanır. ÖÇB qalın, yetərincə möhkəm olub diz oynağında burxulmaları, baldırın önə doğru normadan artıq yerdəyişməsini əngəlləyir.
- Adətən ÖÇB idman travmaları zamanı (voleybol, futbol, həndbol, basketbol) vücudun bir diz üzərində hərlənməsi nəticəsində zədələnir. Bağın qopmasının təyini kliniki və MRT müayinəsinin aparılması ilə dəyərləndirilir.
- Ön çarpaz bağ zədələndikdən sonra retraksiyaya uğradığından, bərpası yalnız əməliyyat yolu ilədir və konservativ müalicə üsulları ilə bərpası qeyri-mümkündür. Xəstənin yaşı 45-dən yuxarıdırsa, diz oynağının çəkilmiş rentgen müayinəsində qığırdaq problemi – artroz əlamətləri müşahidə edilirsə ÖÇB-nin bərpası məsləhət görülmür.
- Xəstə diz oynağında tez-tez burxulma, boşalma hissi, gücsüzlük və qeyri-stabillikdən şikayətlənirsə ÖÇB əməliyyatı vacibdir. Xüsusən də idmançılarda və diz oynağında ÖÇB zədələnmməsinə ilə bağlı şikayəti olan gənc pasiyentlərdə bağın bərpası vacibdir.
- Koksartroz - bud-çanaq oynaqlarının inkişaf edən degenerativ xəstəliyidir, oynaq qığırdağının atrofik dəyişiklikləri ilə başlayan dağılması nəticəsində deformasiyaya uğrayan prosesidir. Birincili (idiopatik - səbəbi bəlli olmayan) və ikincili (postravmatik, oynağın iltihabi xəstəlikləri, displaziya) kimi təsnif edilir.
- Bud-çanaq oynaqlarının I-II dərəcəli osteoartrozu bir qayda olaraq konservativ müalicə olunur. III-IV dərəcəli osteoartrozların müalicəsi xüsusən də davamlı kəskin ağrı, hərəkət məhdudluğu ilə müşayiət olunursa cərrahidir (endoportez).
- Endoprotezləşdirilmə (artroplastika) – zədələnmiş oynaq elementlərinin implantla əvəz edilməsidir. Endoprotez əməliyyatları oynaqlarda kəskin ağrılar, hərəkət məhdudluğunun yaranması ilə müşayiət olunan və konservativ müalicəsi mümkün olmayan xəstəliklər (displastik koksartroz, yaşlılarda bud sümüyünün boynunun sınıqları, III-IV dərəcəli deformasiyaedici koksartroz və qonartrozlar, psevdoartroz, oynaqların postravmatik deformasiyası, bexterev xəstəliyi, ankiloz) zamanı icra edilir.
- Bud-çanaq və diz oynaqlarının zədələnmiş elementləri implantla əvəz olunduqdan sonra oynaqların anatomik forması və hərəkətləri bərpa edilir –bir növ ağrı sindromu, hərəkət məhdudluğu aradan qaldırmaqla pasiyentlərin həyat keyfiyyəti yaxşılaşdırlır.
- Əməlyyatdan sonra birinci gündən etibarən oynaqda hərəkət amplitudasının artırılması, aşağı ətraf əzələlərinin reabilitasiyası üçün xüsusi idman hərəkətləri verilir. Bütün xəstələr endoprotez əməliyyatının ilk günündən etibarən aktivləşdirilir (çarpayıda otuzdurulur) və əməliyyatdan sonra maksimum ikinci gün xəstələr yeridilir. Əməliyyatdan sonra 3-4 həftə çəliklə və sonra çəlliksiz aşağı ətraflarını tam yükləyərək yeriməklə xəstələrin ilkin reabilitasiyası 4-6 həftə və tam reabilitasiyası 3-6 ay davam edir.
- Uşaq doğulduqdan sonra ilk ortopedik müayinəsi pediatrlar tərəfindən aparılır və ya ortoped dəvət edilərək yenidoğulmuşun geniş ortopedik müayinəsi aparılır. Müayinə edilməmiş yenidoğulmuşun bir yaşına qədər dayaq-hərəkət sistemində valideyinləri və ya pediatr tərəfindən hər hansı bir anormallıq müşahidə olunarsa ortoped tərəfindən dəyərləndirilməsi vacibdir.
- Əyripəncəlik pəncələrin topuq oynağından içəri doğru əyilməsidir. Ana bətnində əyripəncəliyi təyin etmək üçün ultrasəs müayinəsi (USM) yetərlidir və bəzi hallarda MRT müayinəsi ilə asanlıqla təyin edilə bilinir. Bu patologiya ana bətnində kontrol US müayinələri zamanı aşkar edildikdə valideynlər məlumatlandırılır və doğuşdan sonra müalicənin hansı qaydada aparılması onlara izah edlir.
- Əyripəncəliyin müalicəsinə doğuşdan bir qayda olaraq, ən geci bir həftə sonra başlamaq vacibdir. Müalicə konservativ – korreksiyaedici gips sarğılarının qoyulması ilə aparılır. Müalicədən sonra uşaq böyüdükcə pəncədə düzəldilmiş əyrilik geri dönə bilər, qarşısının alınması üçün profilaktik tədbirlər görülməlidir. Qalıq əlamətlər isə bir yaşından etibarən miniinvaziv cərrahi yolla da həll edilə bilinir.
- Yastıpəncəlik pəncənin kapsul-bağ-əzələ aparatında zamanla yaranmış çatışmazlıq-zəiflik və sümüklərdə inkişaf edən deformasiya nəticəsində yaranmış patoloji dəyişiklikdir. Dörd yaşına qədər pəncədə kapsul-əzələ-bağ aparatı yetərli qədər güclü olmadığından uşaqlarda onu həqiqi yastıpəncəlik kimi yox, sadəcə fizioloji-keçici bir hal kimi dəyərləndirmək lazmdır.
- Yastıpəncəlik pəncələrin daban-valgus deformasiyası ilə müşayiət oluna bilir. Bu da konservativ (ortopedik ayaqqabı, supinatorlu ayaqqabı içliyi, massaj, idman hərəkətləri) yolla korreksiya edilir və effektiv nəticə alınmadığı hallarda 9-14 yaş arası dövrlərdə miniinvaziv cərrahi (talotarsal implantların yeridilməsi) müdaxilə ilə müalicə etmək mümkündür.
- Skolioz - onurğanın yana doğru əyilməsidir (“C” və ya “S” şəklində). Geniş olaraq anadangəlmə, neyromuskulyar, degenerativ, idiopatik kimi təsnifat edilir. Adətən pediatrlar, ailə həkimi tərəfindən təsbit edilir və aşkar edildiyində ortopedin müayinəsi mütləqdir. Skolioz kliniki dəyərləndirilir, lakin dəqiq diaqnoz rentgen müayinəsinin aparılması ilə qoyulur.
- Müalicəsi əyrilik bucağı 40 dərəcənin altında konservativdir - korreksiyaedici torakolumbar korsetlər (göstəriş varsa), üzgüçülük təyin edilir və onurğa əzələlərinin möhkəmləndirilməsi üçün xüsusi idman hərəkətləri verilir. Müalicə ixtisaslaşmış Fizioterapevtik və Reabilitasiya mərkəzlərində mütəxəssis fizioterapevt tərəfindən aparılmalıdır. Skoliotik əyrilik 40 dərəcədən artıqdırsa cərrahi üsulla düzəldilir.
- Bud-çanaq oynaqlarının ətraf yumşaq toxumalarında mövcud olan çatışmazlıq sirkə kasasının “yuva” şəklinin itirilməsinə, inkişafdan qalmasına (displaziya) yol açaraq bud sümüyünün başının sirkə kasasında bətndaxili tədricən yerdəyişməsinə və nəticədə çıxığına səbəb olur. Bupatoloi dəyişiklik bud-çanaq oynaqlarının displaziyası adlanır. Teratoloji (bətndaxili - 12 həftəsinə qədər) və tipik bud-çanaq çıxığı (doğuşdan qısa müddət sonra yaranır) kimi təsnifat edilir.
- Yenidoğulmuşlarda bud-çanaq oynaqlarının pediatr, ortoped tərəfindən kliniki dəyərləndirilməsindən sonra ilkin instrumental müayinəsi USM ilə aparılılır. Bud sümüklərinin başı, sirkə kasaları (asetabulum )müayinədə dəyərləndirilir və onların qarşılıqlı münasibəti tədqiq edilir.
- Patoloji dəyişiklik vardırsa, ortoped tərəfindən müvafiq müalicəsi ortoped tərəfindən aparılır və müalicələrin nəticəsi 3-4 aylığına qədər USM, 4 aylığından sonra rentgen müayinələri ilə qiymətləndirilir. Müalicələr konservativ üsullarla aparılır. Konservativ müalicələrin nəticəsi effektsiz olduğu hallarda və həmçinin müalicə olunmamış bud-çanaq oynağı patologiyaları ən tezi 18 aylığından etibarən müxtəlif cərrahi üsullarla aradan qaldırılır.
- Daban şporu başqa sözlə – el arasında “daban tikanı”, “at mahmızı” kimi də adlanır, lakin elmi adı “Heel spur, Plantar fascitis”-dir. Yaranma səbəbləri müxtəlifdir və ətraflı araşdırılsada dəqiq yaranma səbəbi isbatlanmamışdır. Ən çox yastıpəncəli (pes planus), artıq çəkili, ayaqaltı boylama yüksək tağı (pes cavus) olan xəstələrdə, şəkərli diabet xəstələrində müşahidə olunur.
- Müalicəsi demək olar ki, konservativdir. Müalicə əsasən streoid inyeksiyalar, fizioterapiya, ayaqaltı əzələlərin-fassiyanın (pərdə) gərilməsi üçün xüsusi idman hərəkətləri, dərman preparatlarının xüsusi ortopedik ayaqqabılarının təyini ilə aparılır. Əməliyyat çox nadir hallarda – daban tikanının böyük ölçülü, ətraf yumşaq toxumalara təzyiq etdiyi hallarda icra edilə bilər.
- Ayaq baş barmaqlarının bayıra doğru əyilməsi Hallux-Valgus deformasiyası adlanır. Əsas yaranma səbəbləri – yastıpəncəlik, pəncənin digər sümüklərindəpatoloji dəyişikliklər, artritlər (revmatoid artrit, podaqrik artrit), mexaniki(dar və hündür daban ayaqqabılar) səbəblərdir və orta yaşı keçmiş hündür dabanlı ayaqqabı geyinən qadınlarda daha çox rast gəlir.
- I və II dərəcəli Hallux-Valgus əyriliyinin müalicəsi xüsusi ortopedik ayaqqabıların, barmaqarası silikon və gecə korsetlərinin təyini ilə aparılır. III dərəcəli (əyrilik bucağı > 20 dərəcə) əyrilik vardırsa və xüsusən də şiddətli ağrılarla müşayiət olunursa əməliyyat tövsiyyə edilərək barmaqların deformasiyası cərrahi yolla korrekisya olunur.
- Dizaltı çuxurda yaranmış kista, diz oynağı kapsulunun dizaltı hissəsində zəif nahiyyələrindən yaranmış əzələlər arasında yerləşmiş xoşxassəli törəmədir - baker kistası adlanır. Böyük ölçülü kistalar bəzən partlaya bilir, qan qarışıqlı möhtəviyyatı əzələlər arasına yayılır, əzələlərin ödemi ilə müşayiət olunur, kəskin ağrıların yaranmasına səbəb olur və sonradan kista təkrar yarana bilir. Baker kistası cərrahi üsulla xaric edilir.