Suallarınıza damar cərrahı 

Səbuhi Dadaşov cavab verir

Dr. Səbuhi Dadaşov 2007-ci illərdə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-2009-cu illərdə İ.M. Seçenov adına Moskva Tibb Akademiyasında kliniki ordinaturada təhsil alaraq həkim-ordinator, 2009-2012-ci illərdə İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində aspiranturada təhsilini «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində davam etdirmiş, həmin Universitetin 1 nömrəli universitet klinik xəstəxanasında həkim-aspirant kimi çalışmışdır. 

Dr.Səbuhi Dadaşov daim öz üzərində işləyir, dünya mətbuatını izləyir və tibb sahəsində qazanılan nailiyyətlərlə tanış olub öz təcrübəsini zənginləşdirir. 2007-2012-ci illərdə Rusiya Federasiyasında ürək-damar cərrahiyyəsinin müxtəlif bölümlərini əhatə edən elmi-praktik kurslar keçmiş, bir çox konfransların, konqreslərin iştirakçısı olmuş və elmi işi barəsində məruzələrlə çıxışlar etmişdir. 2011-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində ultrasəs müayinəsi üzrə kurs keçmişdir. 

Dr.Səbuhi Dadaşov bir sıra “Angiologiya və ürək-damar cərrahiyyəsi”, “Həkim”, “Cərrahiyyə” və digər elmi jurnallarda çap olunmuş 8 məqalənin  müəllifidir.
13.11.2012-ci ildə tibb elmləri namizədi elmi dərəcəsi almaq üçün “Daxili yuxu arteriyasının patoloji deformasiyasının cərrahi müalicə taktikası” mövzusunda dissertasiya işi müdafiə etmişdir.
 

 

TEZ-TEZ VERİLƏN SUALLAR:

- İnsult nədir?

- Beyin qan dövranının kəskin pozulması nəticəsində beyinin sinir hüceyrələrinin ölümü insult adlanır.

- İnsultun hansı növləri var?
- İnsultun əlamətləri hansılardır?
- Daha çox hansı növ insulta rast gəlinir?
- İşemik insultun əsas səbəbləri nədir?
- Ən çox hansı damarların zədələnməsi nəticəsində işemik insult inkişaf edir?
- İnsult olmamış bu damarların xəstəliyi müəyyən edilə bilər?
- Müalicə insult olmuş xəstələrdə, yoxsa hələ insult olmamış xəstələrdə aparılır?
- Müalicə olaraq hansı üsullar istifadə olunur?
- Bu damarları nə vaxt müayinə etmək lazımdır?
- Bu xəstəliyin yaşla əlaqəsi varmı?