Suallarınıza fizioterapevt-reabilitoloq
Səidə Kərimova cavab verir
Dr.Səidə Kərimova 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetində müalicə işi fakültəsində təhsil almış, 2007-2008-ci illərdə Milli Oftalmologiya Mərkəzində internatura keçmişdir.
2011-ci ildə Almaniyanın Hamburq şəhərində Eppendorf Universitetinin Klinikasında təkmilləşdirmə kursunda iştirak etmişdir.
2012-2016-cı illərdə Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda fizioterapiya və reabilitasiya üzrə rezidentura proqramını bitirmişdir.
Fizioterapevt-reabilitoloq Dr. Səidə Kərimova da daim öz üzərində çalışır, tibb elminin yeniliklərini, müasir texnologiyaları, qabaqcıl beynəlxalq təcrübəni mənimsəyərək xəstəliklərin müayinə və müalicəsində ən yeni üsullardan istifadə edir.
Dünyanın bir sıra ölkələrində: Almaniya, İspaniya və Avstriyada təlim və seminarlarda iştirak edir.
TEZ-TEZ VERİLƏN SUALLAR:
- Əsasən bel, boyun ağrıları, artrozlar, skolioz və qamətində problemləri olan pasiyentlər müraciət edirlər.
- Bel ağrılarında pasiyentlərə dekompressiya, lazer, zərbədalğalı terapiya, ultrasəs və digər prosedurlar təyin olunur. Müalicənin əsas hissəsini əzələ korsetini gücləndirən idman hərəkətləri təşkil edir.
- Bel ağrıları olduqda pasiyent həkim və MRT müayinəsindən keçməlidir. MRT fəqərəarası disk, sinir, onurğa beyninin və digər strukturların vəziyyətini göstərir. Pasiyentin vəziyyətindən asılı olaraq KT və EMQ ilə sinir və əzələlərin funsksiyası müayinə oluna bilər.
- Bəli, lazımi müalicə və reabilitasiya tədbirləri görülərsə pasiyentlərdə yırtıqların ölçüləri azala bilir. Bu, pasiyentə təyin olunan müalicədən və bədənin bərpa resurslarından asılıdır.
- Skolioz zamanı onurğa sütunu öz oxu ətrafında burulur və yana əyilir. Uşaqlarda skolioz əsasən 8-18 yaş arasında rast gəlinir. Xəstəliyin 4 dərəcəsi var. Xəstəliyin 3-cü və 4-cü dərəcələrində konservativ mualicə aparmaq çətin olur. Bu dərəcələrdə ciddi fəsadlar müşahidə oluna bilər və əməliyyat qaçılmaz olur. Xəstəliyi erkən dövründə muəyyən etmək üçün profilaktik baxış və rentgen icra olunur.
- Skolioz əyriliyi doş qəfəsi orqanlarını sıxır, ürək və ağciyərin funksiyalarını pozur, çanaq assimmetrik olur və ayaqların uzunluğunda fərq qeyd olunur. Xəstəliyin erkən diaqnostikası və əməliyyatsız müalicəsi çox önəmlidir.
- Xəstəliyin dərəcəsindən asılı olaraq skoliozun müalicəsi təyin olunur. Skoliozun 1-ci və 2-ci dərəcəsində mualicəvi idman tətbiq olunur. Xəstəliyin 3-cü dərəcəsində idmandan əlavə müalicəvi korsetlər təyin olunur. Schroth üsulu ilə müalicədə xüsusi 3d idman hərəkətlərindən və düzgün tənəffüs texnikasından istifadə olunur.
- Uşaqlarda bir çıyın yuxarıdırsa, ombalar eyni səviyyədə deyilsə, kürək nahiyəsində qabarma varsa, oturanda və ayaqüstə qamətin düz olmaması kimi əlamətlər varsa, mütləq fizioterapevtə göstərilməlidir.
- Profilaktik olaraq ildə 2 dəfə uşaqları skolioza görə müayinə etdirmək lazımdır. Dərs oxuyarkən, kompüter arxasında oturarkən uşağın qaməti düz olmalıdır. Düz olmayan qamət skolioz yaranmasına təkan verə bilər. Bundan əlavə, düz olmayan qamət vərdış kimi qalır və qeyri-estetik olmaqla yanaşı əzələ ağrılarına səbəb ola bilər.