Suallarınıza uşaq cərrahı
Vüsal Cəfərov cavab verir
2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. Daha sonra 2009-2010-cu illərdə Pediatriya ixtisası üzrə inrernatura təhsili alıb. 2011-ci ildə Türkiyədə təşkil olunan Tibbdə uzmanlıq imtahanını verərək, İstanbul Universitetinin Cərrahpaşa tibb fakültəsinin Uşaq Cərrahiyyəsi və Urologiyası bölməsinə qəbul olmuşdur. 2011-2016-cı illər ərzində Uşaq Cərrahiyyəsi və Urologiyası ixtisası üzrə uzmanlıq təhsili alaraq öz peşəsinə yiyələnib. Bu müddət ərzində uşaqlar üzərində 5000-dən artıq cərrahi əməliyyat icra edib. 2016-cı ildə uzmanlıq təhsilini bitirmişdir və həmin ildən etibarən Mərkəzi Gömrük Hospitalında Uşaq cərrahı olaraq fəaliyyətə başlamışdır. Vüsal Cəfərov uşaqlarda anadangəlmə inkişaf qüsurlarını, yenidoğulmuş uşaqların cərrahi problemlərini, müxtəlif növ uşaq ümumi, uşaq torakal və uşaq uroloji əməliyyatlarını, uşaqlarda rast gələn təcili patalogiyaları həm açıq cərrahiyyə, həm də laparoskopik üsulla icra etməkdədir.
TEZ-TEZ VERİLƏN SUALLAR:
- Kriptorxizm xayanın xayalığa tam olaraq enməməsidir. Bir tərəfli və iki tərəfli ola bilər. Əsas səbəbi hamiləlik dövründə xayanın enmə prosesinin gecikməsidir. Ən çox vaxtından əvvəl doğulmuş uşaqlarda rast gəlinir.
- Əvvəllər kriptorxizmin müalicəsində hormonal müalicə, uzun müddət gözləmə taktikası və cərrahi müalicə tətbiq edilmişdir.
Ən son protokollarda isə Kriptorxizmin müalicəsi sadəcə cərrayiyyə yolu ilədir.
- Xayanın enmə prosesi uşaq 6 aylıq olana qədər davam etməkdədir. Bu səbəbdən uşaq 6 aylıq olana qədər Kriptorxizm təqib edilir. 6 ayından sonra hələ də xaya, xayalığa enməyibsə onu mütləq cərrahi yolla endirmək lazımdır. Çünki 8-ci aydan etibarən xayalığa enməyən xayalarda geriyə dönməyən histolojik dəyişikliklər ortaya çıxır.
- Kriptorxizm vaxtında əməliyyat edilməzsə:
- 10 il bundan əvvəl Kriptorxizmin mualicəsində hormonal müalicə tətbiq edilirdi. Lakin tibbi araşdırmalarla isbat edildi ki, uşaq vaxtı kriptorxizm səbəbi ilə hormonal müalicə alan uşaqlarda gələcəkdə spermatogenez pozulur və sonsuzluğa səbəb olur. Bu səbəbə görə hormonal müalicə qadağan edilmişdir.
- Uşağı yaşından asılı olmayaraq mütləq sünnət etmək lazımdır. Sünnət cərrahi bir prosedurdur. Ümumiyyətlə, 3 həftəyə qədər təcili olmadığı halda uşaqlara heç bir cərrahi prosedur etmək lazım deyil. 3 həftəsini tamamlamış uroloji muayinəsi normal olan uşaqlar isə artıq sünnət edilə bilər. 3-6 yaş arasında uşaqların öz orqanları haqqında fikirləri formalaşdırılmasına görə bu yaş arasında uşaqların sünnət edilməsi məsləhət görülmür.
- Uşaq 6 ayına qədər sünnəti lokal anesteziya (yerli keyitmə) ilə edilə bilər. 6 ayından böyük uşaqlarda isə ağrı, psixoloji travma və uşağın çox hərəkət etməsi ilə bağlı orqan zədələnməsi kimi risklər olduğu üçün mütləq ümumi anaesteziya ilə icra edilməlidir.
- Əgər uşaqda fimoz, sidik yolları infeksiyası, sünnət dərisinin iltihabı, hidronefroz, sünnət dərisində hemangioma kimi hallar varsa, mütləq sünnət edilməlidir.