HƏKİMLƏRİMİZ

 

 

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Vüsal Cəfərov, uzman

uşaq cərrahı

Mərkəzi Gömrük Hospitalında uşaq cərrahı və uşaq uroloqu kimi çalışaraq ölkəmizdə və xaricdə əldə etdiyim təcrübəmlə pasiyentlərimizə professional şəkildə xidmət göstərməyə və onların məmnunluğunu əldə etməyə çalışıram. 

Fəaliyyət sahəsi: Anadangəlmə inkişaf qüsurları, ağciyərlərin kistik xəstəlikləri, sidik cinsiyyət sistemi xəstəlikləri; (hidronefroz, hidroureteronefroz-sidik axarı darlıqları, vezikoureteral reflux, posterior uretral valv, hipospadiya, epispadiya, sidik kisəsi anamaliyaları, kriptorxizm). Həzm sistemi anomaliyaları; qida borusu atreziyası, traxeya ezofagialfistula, 12barmaq bağırsaq və bağırsağın digər hissələrinin atreziyası, diafraqma yırtıqları, anusun atreziyası, hirschsprung xəstəliyi, mekonial keçməməzlik, yenidoğulmuşlarda nekrotizian enterokolit, malrotasiya və volvlus-bağırsaq burulması, pilor darlığı, uşaqlarda qasıq yırtığı, hisroseli, qaraciyər və dalağın kistik xəstəlikləri; uşaqlarda təcili vəziyyətlər, invaginasiya (bağırsaq keçməməzliyi) appendisit, yad cisim udulması, yad cisim aspirasiyası, xaya və yumurtalıq burulmaları, boğulmuş qasıq yırtıqları və uşaqlarda travmalar.

Təhsil

  • 2003-2009

Azərbaycan Tibb Universiteti, Pediatriya fakültəsi

  • 2011-2016

İstanbul Universiteti, Cərrahpaşa Tibb Fakültesinin Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası bölməsində Uzmanlıq təhsili

 

 

Təcrübə və Bacarıqlar

  • Uşaq cərrahiyyəsi sahəsində apardığı əməliyyatların sayı 5000-i ötmüşdür. 
  • 2014-cü ildən Mərkəzi Gömrük Hospitalı, uşaq cərrahı və uşaq uroloqu

 


Lisenziyalar və Sertifikatlar


  • 2011 Uşaqlarda Bronxoskopiya elmi Toplantısı, Türkiyə, İstanbul
  • 2012 Beynəlxalq Hipospadias Workshop - lll, Türkiyə, İstanbul
  • 2012 Türk Cərrahi Dərnəyi tərəfindən təşkil edilən Temel Cerrahi Kavramlar, Tutumlar və Beceriler mövzusunda kursunu başarı ilə bitirmişdir. Türkiyə, İstanbul
  • 2013 IV. Beynəlxalq Pediatrik Uroloji (PEDURO) Konqresi.Konya,Türkiyə
  • 2015 Beynəlxalq Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası Konqresi, Türkiyə, Antalya
  • 2016 Beynəlxalq Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası Konqresi- Kuzey Kıbrıs Türk Cümhuriyyəti
  • 2018 36-cı Beynəlxalq Uşaq Cərrahiyyəsi Konqresi.3-cü Beynəlxalq Pediatrik Endoskopik Yaxın Şərq Bölməsi Konqresi, İzmir, Türkiyə



Üzv olduğu təşkilatlar


  • Türk Təbiblər Birliyi
  • Türkiyə Uşaq Cərrahiyyəsi Dərnəyi
  • Cinsel Gelişim ve Hipospadias Dərnəyi