HƏKİMLƏRİMİZ



Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Xəyal Məmmədov

anestezioloq-reanimatoloq

Əməliyyat zamanı və əməliyyatdan sonrakı vaxt ərzində xəstələrin yanında olub onların təhlükəsizliyinə cavabdehəm. Hər xəstənin əməliyyatdan rahat ayılması mənə xoş anlar bəxş edir. Hesab edirəm ki,  onun yenidən həyata qayıtmasında mənim də köməyim olur.

Fəaliyyət sahəsi: Cərrahi əməliyyatlar önü  pasiyentlərin ümumi vəziyyətinin qiymətləndirilməsi, anestezioloji taktikanın seçilməsi və aparılması, əməliyyat zamanı pasiyentlərin nəzarətdə saxlanılması, əməliyyatdan sonra intensiv müalicə və müayinə taktikasının seçilməsi və aparılması. Əməliyyatdan sonra ağrısızlaşdırma və regional anesteziya.

Təhsil

  • 1990-1996

Azərbaycan Tibb Universiteti, Müalicə-profilaktika fakültəsi

  • 1996-1997

ATU İnternatura, anestezioloq-reanimatoloq

 

Təcrübə və Bacarıqlar

  • 1997-2019 Azərbaycan Respublikası  Müdafiə Nazirliyi, Baş Hərbi Klinik Hospitalın Təxirəsalınmaz Yardım və Anesteziologiya- Reanimasiya şöbəsinin həkim ordinatoru, şöbə rəisi 
  • 2013-2019 Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş anestezioloq-reanimatoloqu 
  • 2019- cu ildən Mərkəzi Gömrük Hospitalında Reanimasiya və intensiv terapiya şöbəsində anestezioloq-reanimatoloq kimi çalışır

Nailiyyətlər və Üstünlüklər

  • 2016-cı ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti tərəfindən “Hərbi xidmətlərə görə” medal ilə təltif olunub. 

Lisenziyalar və Sertifikatlar


  • 2017 Almaniya, Berlin şəhəri, Bundeswehrkrankenhaus Şarite klinikasının təhsil bazası, Anesteziologiya-reanimatologiya üzrə ixtisasartırma kursu 
  • 2015 Almaniya, Unna Nevroloji klinikasında nevrologiya üzrə intensiv terapiya kursu 
  • 2019 ATU-nun vəTürkiyənin Ankara Universitetinin təşəbbüsü ilə keçirilmiş “Pediatrik reanimasiya və təcili pediatrik yardım” üzrə təlim kursu, Bakı, Azərbaycan
  • 2019 Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunda təkmilləşdirmə kursunda iştirak edib​​​​​​​

Üzv olduğu təşkilatlar


  • 2016 Azərbaycan Reanimatologiya və Anesteziologiya Cəmiyyəti