AZ  I  EN  I  RU  

                      





HƏKİMLƏRİMİZ



Ünvan

Bakı, K.Kazımzadə küç. 118

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-0808

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Sabir Həbibov, t.e.d., professor

ümumi cərrah

Cərrahın ən böyük mükafatı xəstələrinin əməliyyatsonrası təbəssümü, həyatlarına sağlam qayıtmasıdır. Bunun üçün əlimizdən gələni edirik.

Fəaliyyət sahəsi: Öd kisəsinin laporaskopik çıxarılması, Mədə və bağırsaq törəmələrinin laporaskopik üsulla çıxarılması (GİST), Qastrektomiya, Splenektomiya, Patoloji piylənmədə mədənin laporaskopik üsulla kiçildilməsi, Aşağı ətrafların varikoz xəstəliyinin endoskopik üsulla götürülməsi, Hemikolektomiya, Düz bağırsağın ətrafı fistulların endoskopik üsulla götürülməsi, TEO (Trans Anal Endoskopik Əməliyyat), bütün ambulator-proktoloji xəstəliklərin ən müasir avadanlıqlarda az travmalı müalicəsi.

  

 

 

Təhsil

  • 1967-1973

N.Nərimanov adına Azərbaycan SSR Dövlət Tibb İnstitutu, Müalicə-profilaktika fakültəsi, Müalicə işi ixtisası, Bakı, Azərbaycan

  • 1973-1974

N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, Bakı, Azərbaycan

  • 1978-1980

SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzi, Moskva (Rusiya), aspirantura

  • 1980

SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzi, Moskva (Rusiya) tibb elmləri namizədi

  • 2001

Beynəlxalq Elmlər Akademiyası, Moskva (Rusiya) – Budapeşt (Macarıstan), tibb elmləri doktoru

  • 2002

Beynəlxalq Elmlər Akademiyası, Moskva (Rusiya) – Budapeşt (Macarıstan), professor

Təcrübə və Bacarıqlar

  • 1974 Dövlət tibb müəssisəsində Döş Qəfəsi Cərrahiyyəsi şöbəsində həkimlik praktikası
  • 1981-1982 12 saylı Moskva şəhər uşaq poliklinikasında - travmatoloq
  • 1983-1993 Moskva Şəhər Səhiyyə Departamentinin 79 saylı Klinik xəstəxanası, cərrah
  • 1993-2017 Moskva Şəhər Səhiyyə Departamentinin S.S.Yudin adına Klinik xəstəxanasında Endoskopik cərrahiyyə şöbəsinin müdiri
  • 2017-ci ildən Mərkəzi Gömrük Hospitalı, ümumi cərrah 

Nailiyyətlər və Üstünlüklər

  • 2016 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunmuşdur
  • 2008  “Rusiya Federasiyasının əməkdar həkimi” adına layiq görülmüşdür
  • 2005  Rusiya Səhiyyə və Sosial İnkişaf Nazirliyinin "Səhiyyə Əlaçısı" döş nişanı ilə təltif olunmuşdur.
  • 53 elmi əsərin, 3 səmərəli təklifin və Düz bağırsaq sivişlərinin Modifikasiya edilmiş Endoskopik Cərrahi Müalicəsi ilə bağlı ixtiranın müəllifidir (Patent N 2524305)

Lisenziyalar və Sertifikatlar

 

  • 1994 Laporaskopik Cərrahiyyə üzrə kurs, Rusiya, Moskva
  • 2000 Beynəlxalq Cərrahlar Cəmiyyəti, Degistiv Cərrahiyyə üzrə 17-ci Ümumdünya Konqresi, Almaniya, Hamburq
  • 2008 Laparoskopik Kolorektal Cərrahiyyə üzrə ustad dərsi, Fransa, Strasburq
  • 2012 Transanal Endoskotik Cərrahiyyə üzrə 3-cü Beynəlxalq kurs, ustad dərsi, İspaniya, Barselona
  • 2014 Mədəaltı Vəzin Laparoskopik və Robotik Cərrahiyyəsi, Elmi Kliniki Mərkəz Rusiya, Moskva
  • 2015 Laparoskopik Bariatrik və Metabolik Cərrahiyyə, ustad dərsi, Fransa, Strasburq
  • Avropa Endoskopik Cərrahiyyə Assosiasiyasının 25-ci Beynəlxalq Konqresi, Niderland, Amsterdam

Üzv olduğu təşkilatlar

 

  • Rusiya Tibbi-Texniki Elmlər Akademiyasının həqiqi üzvü
  • Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (Rusiya)
  • Rusiya Cərrahlar Cəmiyyəti
  • Avropa Endoskopik Cərrahlar Birliyi