VAKANSİYALAR

 


Vakansiyanın adı – Baş müfəttiş


Struktur vahidinin adı – Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidməti

 


Namizədlər qarşısında qoyulan tələblər:

  • Yaş: 28-50
  • Ali tibbi təhsil (əsasən epidemioloq, sanitar həkim, infeksionist)
  • 5 ildən az olmayaraq tibbi-profilaktika sahəsində iş təcrübəsi
  • Dezinfeksiya, deaktivasiya sahəsində nəzəri və praktik biliklər
  • Təşkilatçılıq qabiliyyəti
  • Fövqəladə hallar zamanı operativ düşüncə qabiliyyəti
  • İctimaiyyətlə əlaqə qurmaq qabiliyyəti
  • Gərgin, qeyri-stabil iş rejimində işləmək bacarığı
  • Planlı və plandankənar qısa və uzunmüddətli ezamiyyətlərə hazırlıq
  • Azərbaycan və rus dilləri (mükəmməl səviyyə), ingilis dili (orta səviyyə)
  • Stressə davamlılıq
  • Səlis nitq, aydın danışıq tərzi
  • Məsuliyyətli və ünsiyyətcil olmalı
  • Komandada işləmək bacarığı
  • Kompüter bilikləri: MS Office (Microsoft Word, Microsoft Excel,) MS Outlook proqramlarından və İnternet resurslarından sərbəst isifadə bacarıqları
  • Ofis texnikasından istifadə (printer, skaner, kseroks)


İş vaxtı: I-V günlər 09:00-dan 18.00-dək, VI günü 09:00-dan 14:00-dək


Nahar fasiləsi – saat 13:00-dan 14:00-dək


Əsas vəzifə öhdəlikləri:

  • Vətəndaşın (xəstənin) sağlamlıq vəziyyətinin qiymətləndirilməsi
  • Anamnezin, xüsusilə də epidemioloji anamnezin yığılması
  • Təhlükəli (və xüsusi təhlükəli) infeksion xəstəliklərin erkən diaqnostikası, profilaktikası və lazımi izolyasiya tədbirlərinin görülməsi
  • İlk tibbi və təxirəsalınmaz yardımın göstərilməsi
  • Lazımi tibbi-profilaktik tədbirlərin, dezinfeksiya, dezinseksiya, deratizasiya, deaktivasiya tədbirlərinin təşkili
  • Karantinin, observasiyanın təşkili
  • Lazımi tibbi sənədlərin tərtibi
  • Beynəlxalq səviyyədə, qonşu dövlətlərdə mövcud infeksion durum barədə daima xəbərdar olmaq
  • Öz fəaliyyətinin planlaşdırılması və göstəricilərin təhlil edilməsi
  • Daxili əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normaların bilməsi və riayət olunmasına nəzarət.
  • Daxili intizam, sanitariya-epidemioloji rejimə riayət edilməsinə nəzarət. Tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlərin görülməsi
  • Tabeliyində olan tibbi və qeyri-tibbi personalın işinin təşkili və onların təkmilləşdirilməsinə nəzarət
  • Kütləvi media vasitələri ilə işin qurulması



Vakansiya ilə maraqlanan şəxslər CV-ni Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Mərkəzi Hospitalın info@customshospital.az elektron ünvanına, məktubun Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə, göndərə bilərlər.

 

Müraciət edənlərin diqqətinə! Yalnız vəzifə tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.


CV formasını buradan yükləyə bilərsiniz.


BÜTÜN VAKANSİYALAR