HAQQIMIZDA


Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdində yaradılmış Mərkəzi Hospital möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirak etdiyi açılış mərasimi ilə 2008-ci ilin 25 dekabr tarixində öz fəaliyyətinə başladı. 


Ən müasir standartlar səviyyəsində tikilmiş və təchiz olunmuş bu Hospitalda gömrük əməkdaşlarının və əhalinin müayinəsi və müalicəsinin yüksək səviyyədə təşkili üçün hər cür imkanlar yaradılmışdır. 


Hospitaldakı klinik şöbələr, laboratoriya və diaqnostika xidmətləri ən innovativ tibbi avadanlıq və cihazlarla təmin edilmişdir. Hospitalda Azərbaycanda ilk dəfə olaraq müasir xüsusi havalandırma sistemi tətbiq olunmuşdur, pnevmatik ötürücü sistem quraşdırılmışdır. Yeni tibb ocağı üçün “Mercedes” markalı 5 reanimobil və səyyar hospital alınmışdır.


Mərkəzi Hospitalın qabaqcıl avadanlıqlarla təchiz olunması ilk növbədə gömrük əməkdaşlarına, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək məqsədini daşıyırdı. Eyni zamanda bu, səhiyyənin müasirləşdirilməsi istiqamətində dövlətimiz tərəfindən görülən işlərin parlaq bir nümunəsi olmuşdur.

        
Bir çox yeniliklərə imza atmış Mərkəzi Gömrük Hospitalı qısa bir müddət ərzində Azərbaycanın qabaqcıl səhiyyə ocaqlarından birinə cevrilmişdir.

 
10 ildən çoxdur ki,  Hospitalımız ümumilikdə 300 nəfərlik peşəkar kadr heyəti və  4 mindən artıq tibbi xidmət növü ilə gömrük əməkdaşlarının və əhalinin sağlamlığının keşiyindədir. Bu illər ərzində bu səhiyyə ocağında güclü ixtisaslı akademik kadr potensialı formalaşmışdır. Belə ki, hazırda Hospitalda 2 əməkdar həkim, 4 tibb üzrə elmlər doktoru, 19 tibb üzrə fəlsəfə doktoru, 2 doktorant və Türkiyədə uzmanlıq təhsili almış 15 həkim öz şərəfli peşə borcunu layiqincə yerinə yetirirək əhaliyə yüksək keyfiyyətli tibbi yardım göstərirlər. 


Gömrük Komitəsinin ayrılmaz bir hissəsi olan Mərkəzi Gömrük Hospitalı, Komitənin həyata keçirdiyi islahatlara uyğun olaraq davamlı şəkildə yenidənqurma işlərini aparır. Modernizasiya prinsipini əsas tutaraq müasir texnologiyalar öyrənilir, yeni tibbi xidmətlər tətbiq olunur, innovativ avadanlıqlar alınır, xidmət sahələri genişlənir, yeni peşəkar kadrlar yetişdirilir.


2018-ci ildə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə İdarənin nəzdində Elmi Təcrübi və Tədris Mərkəzi yaradılıb. Hospitalın həyatında ilk dəfə olaraq həkim-rezidentlər üçün təlim proqramı təşkil edilib.


Hospitalda pasiyentlərin məmnunluğunu artırmaq məqsədi ilə yeni interaktiv texnologiyalar və online xidmətlər tətbiq edilir, daxil olan zənglər vahid Çağrı Mərkəzi tərəfindən qəbul edilir, hər bir pasiyentə individual yanaşma və xüsusi diqqət göstərilir.


Bu gün peşəkar və təcrübəli heyəti ilə Mərkəzi Gömrük Hospitalı nəinki gömrük işçiləri və onların ailə üzvlərinə, eyni zamanda respublikamızın bütün vətəndaşlarına yüksək keyfiyyətli və güvənli tibbi xidmət göstərən müasir səhiyyə ocağıdır.


10 il keçməsinə baxmayaraq, kollektivimiz Cənab Prezidentin etimadını doğrultmaq üçün öz səylərini eyni ilə bu gün də davam etdirir.


Missiyamız
Məqsədimiz
Dəyərlərimiz
Missiyamız

   Azərbaycanda gömrük əməkdaşlarının tibbi xidmətə olan ehtiyaclarının ödənilməsini təmin etmək və əhalinin sağlımlığının qorunmasında iştirak etməkdir. 

Məqsədimiz
Dəyərlərimiz

100%

Keyfiyyət

5325

Tibbi xidmət

70

Peşəkar həkim

66

Çarpayı

11

İl təcrübə

Sağlamlığınızın keşiyində

Mərkəzi Gömrük Hospitalı öz tibbi heyətinin dünya səviyyəli peşəkarlığı, zəngin innovativ tibbi təchizatı, pasiyentlərinə individual yanaşması, bir sözlə, göstərdiyi yüksək səviyyəli tibbi xidməti ilə Azərbaycanın ən müasir və qabaqcıl səhiyyə ocaqları arasında özünəməxsus şərəfli bir yer tutur.

 

Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır!

Peşəkarlıq

 

Həkimlərimizin peşəkarlığı Hospitalda pasiyentlərə göstərilən tibbi xidmətin yüksək keyfiyyətinin və xəstələrin məmnun qalmaqlarının zəmanətidir.  

Qayğıkeşlik

 

Hər bir pasiyentə individual yanaşma və xüsusi diqqət göstərmək qayğıkeş mütəxəssislər komandamızın əsas iş prinsipidir.

Yüksək səviyyə

 

Düşünülmüş infrastruktur, müasir tibbi təchizat və təlimləndirilmiş personal Hospitalda göstərilən xidmətin ümumi yüksək səviyyəsini təmin edir. 

Patomorfologiya

 

Şiş və neoplastik proseslərdə, həm də qeyri şiş patologiyaları zamanı histoloji, immunohistokimyəvi, histokimyəvi, immunoflüorestent və nadir patomorfoloji diaqnostik tədqiqatlar və müayinələr aparılır. 

Plastik və Rekonstruktiv cərrahiyə


Müxtəlif növ estetik və rekonstruktiv əməliyyatlar

ən son tibbi avadanlıqlarla təchiz olunmuş əməliyyatxanalarda yüksəkixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilir. 

Efferent terapiya

 

Kəskin və xroniki böyrək və sidik yolları xəstəliklərinin müayinəsi və müalicəsi həyata keçirilir.

Şöbədə hemodializ bölməsi, təcili və planlı şəkildə hospitalizasiya və gündüz stasionarı fəaliyyət göstərir.