AZ  I  EN  I  RU  

                      





ŞÖBƏLƏRİMİZ

Ünvan

Bakı, K.Kazımzadə küç. 118

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-0808

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

ŞÖBƏLƏR

Mərkəzi Gömrük Hospitalı çoxprofilli tibb müəssisəsidir. Onun ambulator və stasionar bölmələrində böyüklərə və uşaqlara diaqnostik və tibbi yardım xidmətlərinin göstərilməsi üçün bütün lazımi şöbələr mövcuddur. Hər bir şöbənin səhifəsini açıb onun fəaliyyəti və orada çalışan tibb işçiləri ilə tanış ola biləsiniz. 


Allerqologiya 


İxtisaslaşmış həkim-mütəxəssislər tərəfindən allergik xəstəliklərin müasir diaqnostikası, müayinə və müalicə üsulları həyata keçirilir.


Anesteziologiya və Reanimasiya


Hospitalın 7 əməliyyatxanasında icra olunan bütün əməliyyatlar yüksək səviyyəli anestezioloji xidmətlə təmin olunur. 


Aritmologiya


MGH-nın Aritmologiya şöbəsində ən yeni avadanlıqlarla ürəyin ritm pozulmalarının diaqnostikası və müalicəsi aparılır. 


Damar Cərrahiyyəsi 


Arteriyal, venoz və limfatik sistem xəstəliklərinin diaqnostikası və müalicəsi ən müasir üsullarla və beynəlxalq protokollara uyğun olaraq həyata keçirilir.


Dermatovenerologiya


Dəri və veneroloji xəstəliklərinin ən müasir metodlarla diaqnostikası, müalicəsi, həmçinin ən son avadanlıqların tətbiq ilə tibbi kosmetoloji xidmət göstərilir.


Diaqnostika


Ən müasir diaqnostik avadanlıqlardan istifadə etməklə yüksəkixtisaslı həkimlər tərəfindən ətraflı diaqnostika tədbirləri həyata keçirilir.


Efferent Terapiya


Kəskin və xroniki böyrək və sidik yolları xəstəliklərinin müayinəsi və müalicəsi həyata keçirilir. Şöbədə hemodializ bölməsi, təcili və planlı şəkildə hospitalizasiya və gündüz stasionarı fəaliyyət göstərir.  


Endokrinologiya


Endokrin xəstəliklərin müayinə və müalicəsi təcrübəli həkimlər tərəfindən müasir metod və klinik protokollar əsasında aparılır.


Fizioterapiya və Tibbi Reabilitasiya


Ən yeni fizioterapiya və reabilitasiya metodları vasitəsi ilə beynəlxalq standartlara uyğun müalicə kompleks şəkildə həyata keçirilir.


İnvaziv Kardiologiya


Bütün invaziv kardioloji diaqnostika və müalicə prosedurları beynəlxalq protokollara uyğun şəkildə yüksək texnologiyalı avadanlıqlarla təchiz olunmuş əməliyyatxanada icra olunur.


Kardiologiya


Peşəkar kardioloqlar tərəfindən ürək-damar xəstəliklərinin müayinə və müalicəsi müasir avadanlıqlardan istifadə edilməklə beynəlxalq klinik protokollara uyğun həyata keçirilir. 


Qastroenterologiya


Qastroenterologiya üzrə göstərilən poliklinik xidmətlərlə yanaşı ən müasir endoskopik (qastro və kolonoskopiya) müayinə və müalicə metodları da tətbiq olunur.


Laboratoriya


Bütün analizlər ən müasir laboratoriya cihazları ilə təhciz olunmuş və beynəlxalq standartlara uyğun təşkil olunmuş laboratoriyada həyata keçirilir.


Mama-Ginekologiya


Ginekoloji xəstəliklərin müayinə və müalicəsi ilə yanaşı, hamiləlik önü, hamiləlik vaxtı müşahidələr, müayinələr, doğuş və doğumsonrası təqiblər də edilir. 


Nevrologiya


Mərkəzi sinir sistemi, beyin, onurğa və periferik sinir sisteminin müxtəlif xəstəliklərinin effektiv diaqnostikası və müalicəsi ən müasir üsullarla aparılır.  


Neyrocərrahiyyə


Hospitalimızda xaricdə təhsil almış yüksək ixtisaslı həkim-neyrocərrah tərəfindən ən yeni texnoloji avadanlıqlarla təchiz edilmiş əməliyyatxanamızda müxtəlif növ başbeyin və onurğa beyini əməliyyatları icra olunur.


Orqan Transplantasiyası


Ən müasir və dünya standartlarına uyğun yüksək tibbi texnologiyaların tətbiq edilməsi və peşəkar cərrah-transplantoloqlar komandasının peşəkar fəaliyyəti sayəsində böyrək və qaraciyər köçürmələri uğurla həyata keçirilir.


Oftalmologiya


Xaricdə təhsil almış təcrübəli oftalmoloqlar tərəfindən ən son oftalmoloji avadanlıqlardan istifadə olunmaqla göz xəstəliklərinin terapevtik müalicəsi həyata keçirilir. 


Otorinolarinqologiya


Qulaq, burun və boğaz xəstəliklərinin terapevtik və cərrahi müalicəsi xaricdə təhsil almış mütəxəssislər tərəfindən uğurla həyata keçirilir. 


Patomorfologiya


Şiş və neoplastik proseslərdə, həm də qeyri şiş patologiyaları zamanı histoloji, immunohistokimyəvi, histokimyəvi, immunoflüorestent və nadir patomorfoloji diaqnostik tədqiqatlar və müayinələr aparılır. 


Pediatriya


Yenidoğulmuşlar bölümü və uşaq poliklinikasında standartlara uyğun müayinə və müalicə,  reanimasiya, intensiv terapiya, ikinci dərəcə qulluq və terapiyaya qədər bütün növ xidmətlər göstərilir.


Plastik və Rekonstruktiv Cərrahiyyə


Müxtəlif növ estetik və rekonstruktiv əməliyyatlar ən son tibbi avadanlıqlarla təchiz olunmuş əməliyyatxanalarda yüksəkixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilir. 


Radiologiya


Bütün növ ən müasir rəqəmsal diaqnostik avadanlıqlarla təchiz olunmuş şöbədə xaricdə təhsil almış təcrübəli həkim radioloqlar tərəfindən müxtəlif diaqnostik və müalicəvi invaziv müdaxilələr həyata keçirilir.


Stomatologiya


Dişlərin sağlamlığı, profilaktikası və implantoloji əməliyyatlar ağrısız üsullarla peşəkar stomatoloqlar tərəfindən həyata keçirilir.


Terapiya


Pasiyentin terapevtik müayinə və müalicəsi individual şəkildə ailə prinsipləri əsasında aparılır. 


Təcili Tibbi Yardım


Təcili tibbi yardım xidməti yüksək təcrübəli həkim briqadası tərəfindən operativ və qısa müddət ərzində həyata keçirilir. 24 saat davamlı xidmət göstərilir.


Travmatologiya və Ortopediya


Travmatologiya və ortopediya üzrə bütün növ müayinə və müalicə metodları xaricdə təhsil almış peşəkar həkimlər tərəfindən beynəlxalq klinik protokollara uyğun tətbiq edilir. 


Ümumi Cərrahiyyə


Yüksəkixtisaslı həkim cərrahlar tərəfindən ən son tibbi texnologiyadan istifadə edilərək laparoskopik və açıq üsulla bütün növ mürəkkəb cərrahi əməliyyatlar həyata keçirilir.


Ürək-Damar Cərrahiyyəsi


Ən yeni avadanlıqlarla təchiz edilmiş əməliyyatxanalarda xaricdə təhsil almış, təcrübəli ürək-damar cərrahları tərəfindən bütün nov ürək-damar əməliyyatları müvəffəqiyyətlə  həyata keçirilir.


Urologiya


Təcrübəli həkim uroloqlar tərəfindən bütün uroloji xəstəliklərin, o cümlədən sidik yolları, qasıq nahiyyəsi xəstəliklərinin, böyrək daşlarının lazer texnologiyası və cərrahi üsullarla müalicəsi aparılır.


Uşaq Cərrahiyyəsi


Uşaqlarda rast gəlinən xəstəliklərin cərrahi müalicəsi ən müasir avadanlıq və alətlərlə təchiz olunmuş əməliyyatxanalarda xaricdə təhsil almış peşəkar uşaq cərrahları tərəfindən həyata keçirilir. 


Üz-Çənə Cərrahiyyəsi


Üz-çənə nahiyəsində alınan travmaların müayinəsi və müalicəsi, həmin nahiyədə rekonstruktiv cərrahi əməliyyatlar xaricdə təhsil almış peşəkar cərrahlar tərəfindən həyata keçirilir.