DAMAR CƏRRAHİYYƏSİ

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Damar Cərrahiyyəsi


Hospitalımızda müasir tibbi texnologiyanın ən son imkanlarından istifadə olunaraq, beynəlxalq protokollara uyğun arteriyal, venoz və limfatik sistem xəstəliklərinin diaqnostikası və müalicəsi, o cümlədən abdominal aorta və periferik arteriyaların anevrizmaları zamanı anevrizmektomiya və protezləşdirmə, aorta-bifemoral şuntlama (bypass), periferik arteriyaların autovenoz və ya süni damar ilə şuntlanması (bypass), periferik endoarterektomiya, trombembolektomiya, fleboloji əməliyyatları həyata keçirilir.

 

Karotid endoarterektomiya və arterioplastika kimi unikal və mürəkkəb əməliyyatlar artıq uzun illərdir ki, Mərkəzi Gömrük Hospitalında icra olunur.

 

Ümumi diaqnostika:

 

  • Arteriyaların və venaların Ultrasəs Rəngli Doppler müayinəsi
  • Arteriyaların və venaların kontrast ilə Kompüter Tomoqrafiyası (KT-anqioqrafiya)
  • Anqioqrafiya (DSA)

 

Əməliyyatlar və prosedurlar:

 

  • Abdominal aorta və periferik arteriyaların anevrizmaları zamanı anevrizmektomiya və protezləşdirmə
  • Aorta-bifemoral şuntlama (bypass)
  • Periferik arteriyaların autovenoz və ya süni damar ilə şuntlanması (bypass)
  • Karotid endarterektomiya və arterioplastika
  • Periferik arteriyalardan endarterektomiya,trombembolektomiya
  • Fleboloji əməliyyatlar: klassik flebektomiya, endovenoz ablasiya (radiofrekans və  lazer) və miniflebektomiya
  • Skleroterapiya, köpük skleroterapiya və Exo-skleroterapiya
  • Torakal və Lumbar simpatektomiya
  • Anadangəlmə angiodisplaziyaların cərrahi korreksiyası
  • Filayaqlılıq və limfodemalar zamanı dermolipofassioektomiya
  • Hemodializ xəstələrinə arterio-venoz fistulların qoyulması və qalıcı perkutan kateterlərin qoyulması
  • Kimyaterapiya aparılan xəstələrə venoz port qoyulması
  • Damar zədələnmələri zamanı anatomik strukturların bərpası
  • Ətraf və ya seqmentlərin replantasiyası
  • Trofik xoraların müalicəsi

HƏKİMLƏRİMİZ

Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.