KARDİOLOGİYA

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Kardiologiya


Geniş profilli Hospitalımızın kardiologiya şöbəsində ürək-damar xəstəliklərinin effektiv diaqnostikası, müayinə və müalicəsi yüksəkixtisaslı təcrübəli həkimlər tərəfindən həyata keçirilir.


Şöbə kardioloji xəstələrə tam və düzgün diaqnozun qoyulmasına imkan verən ən müasir diaqnostik avadanlıqlarla təchiz olunub.


EKQ, holter monitorinqi, stress test, exokardioqrafiya, transezofagial exoqrafiya, stress exokardioqrafiya, koronar angioqrafiya, müvəqqəti süni ritm aparıcısının (pacemaker) tətbiqi, intaortik balon pompasının tətbiqi, koronar angioqrafiya, PTKA (perkutan trans luminal angioplastika), stent tətbiqi, ürək boşluqlarının kateterizasiyası, döş qəfəsi və qarın aortaqrafiyası, periferik angioqrafiya, renal angioqrafiya, aortaqrafiya kimi müasir müayinə və müalicə üsulları şöbəmizdə icra olunur.


Unikal invaziv əməliyyatlarımızdan sayılan renal denervasiya, RF ablasiya hospitalımızın peşəkar həkimləri tərəfindən icra olunur.


Son 10 il ərzində Mərkəzi Gömrük Hospitalında 5837 stress-test, 1859 holter, 5741 angiografiya, 2673 PTKA stent, 135 elektrofizioloji müayinə, 61 RF ablasiya və 19 renal denervasiyası həyata keçilirmişdir.


Mərkəzi Gömrük Hospitalında aparılan kardioloji müayinələr:


  • EKQ
  • Holter monitorinqi
  • Fiziki yük sınagı (Stress test)
  • Exokardioqrafiya
  • Transezofagial exo (TEE)
  • Stress Exokardioqrafiya
  • Ambulator qan təzyiqi monitorizasiyası
  • Kardioversiya
  • Müvəqqəti süni ritm aparıcısı (Pacemaker) tətbiqi
  • İntaortik balon pompası tətbiqi
  • Koronar angioqrafiya
  • PTKA (Perkutan trans luminal angioplastika)
  • Yüksək riskli PTKA və stent tətbiqi
  • Xroniki total okkluziyalarda PTKA və stend
  • Ürək boşluqlarının kateterizasiyası
  • Döş qəfəsi və qarın aortaqrafiyası
  • Koronar angioqrafiya + byrass kontrolu
  • Periferik  angioqrafiya
  • Renal angioqrafiya
  • Aortaqrafiya


HƏKİMLƏRİMİZ

Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.