AZ  I  EN  I  RU  

                      


 

 

 

UŞAQ CƏRRAHİYYƏSİ

Ünvan

Bakı, K.Kazımzadə küç. 118

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-0808

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Uşaq Cərrahiyyəsi


Mərkəzi Gömrük Hospitalında açıq və laparoskopik üsulla icra edilən cərrahi əməliyyatlar uşaqlarda və yenidoğulmuşlarda rast gəlinən xəstəliklərin müalicəsini keyfiyyətli şəkildə həyata keçirməyə imkan verir.


Xroniki qəbizlik, anal fistula və abseslər, qastroezofaqial reflüks xəstəliyi, vezikouretral reflüks xəstəliyi, sidik qaçırmaları, nəcis qaçırmaları və sair kimi ciddi xəstəliklərə məruz qalan balaca pasientlərimiz peşəkar mütəxəssislərimizin apardığı mürəkkəb əməliyyatlar vasitəsi ilə müalicə olunur.


Hospitalımızda azyaşlı pasiyentlərimizə qastroskopiya, ezofaqoskopiya, bronxoskopiya, kolonoskopiya, sistoskopiya xidmətləri də göstərilir.


Hər il Hospitalımızda təxminən 200 pediatrik əməliyyat icra edilir.


Yenidoğulmuş uşaqların cərrahi xəstəlikləri:


  • Qida borusunun atreziyası
  • Onikibarmaq bağırsaq və digər bağırsaq hissələrinin atreziyası
  • Anusun atreziya
  • Hirschsprung xəstəliyi
  • Qastroşizis
  • Onfolosel kimi anadangəlmə inkişaf qüsurlarının aradan qaldırılması
  • Yenidoğulmuş uşaqlarda anadangəlmə qarın içi kistaların cərrahi müalicəsi
  • Hemangiomalar və Lenfangiomaların əməliyyatsız müalicə edilməsi
  • Ağciyərlərin anadangəlmə kistik xəstəlikləri
  •  Qaraciyər-öd yolları,öd kisəsi, mədaltı vəz,dalağın cərrahi xəstəlikləri  


Uşqalarda rastgəlinən uroloji problemlər:


  • Böyrəklərin anadangəlmə inkişaf qüsurları,
  • Hidronefroz, sidik axarındaki anadangəlmə darlıqlar
  • Sidik kisəsi xəstəlikləri,sidik kanalının anadangəlmə darlıqları
  • Hipospadiya xəstəliyi-Sidik kanalının cinsiyyət orqanının alt hissəsində sonlanması
  • Epispadia xəstəliyi-Sidik kanalının cinsiyyət orqanının üst hissəsində sonlanması
  • Sünnət
  • Oğlan uşaqlarinda xarici cinsiyyət üzvünün anomaliyaları(əyri olması, çox qısa olub piy toxuması ilə əhatə olunması)
  • Uşaqlarda kriptorxizim-xayanın xayalığa tam şəkildə enməməsi (Qasıq yırtıqları, Hidrosele,  Kordon kistaları, Göbək yırtıqları)


Uşaq cərrahiyyəsi sahəsində müalicə edilən xəstəliklər:


  • Xroniki qəbizlik
  • Anal fistula və apseslər
  • Gastroözofagial reflüks xəstəliyi
  • Vezikoüretral reflüks xəstəliyinin müalicəsi
  • Sidik qaçırmaları
  • Nəcis qaçırmaları
  • Təkraredən sidik yolları infeksiyalarının müalicəsi


Uşaqlarda təcili vəziyyətlər:


  • Yad cisim udulması və yad cisim aspirasiyası, yandırıcı maddələrin içilməsi
  • Apendisit, İnvaginasiya,(bağırsaq keçməməzliyi)
  • Boğulmuş yırtıqlar
  • Bağırsaq burulmaları( volvulus
  • Xayanın xayalıqda burulması
  • Pnevmotoraks
  • Hemotoraks
  • Mədə və bağırsaq qanamaları


Uşaqlar üçün endoskopiya xidmətləri:


Qastroskopiya ilə mədədən yad cisim çıxardılması, gastroözofagial reflüks xəstəliyində və qastrit-duodenitlərdə diaqnoz qoyulması və qastroskopiya ilə mədədən, onikibarmaq bağırsaqdan biyopsiyalar alınması.


Özofaqoskopiya ilə qida borusu darlıqlarında balon ilə dilatasiya, portal hipertenziya xəstəliyində qida borusundaki varikozların endoskopik müalicəsi. Qida borusu yanıqlarına, darlıqlarına özofaqoskopiya ilə diaqnoz qoyulması, qida borusundan yad cisimlərin çıxardılması.


Bronxoskopiya ilə bronxlardan yad cisim çıardılması və xroniki ağciyər xəstəliklərinə diaqnoz qoymaq üçün bronxoalveoler maye alınması.


Kolonoskopiya ilə polip çıxardılması, rektal qanamalarda kolonoskopiya.


Sistoskopiya ilə sidik kanalı, sidik kisəsi və sidik axarlarının xəstəliklərində diaqnoz qoyulması. Vezikoüreteral reflüks xəstəliyində sistoskopiya ilə gel müalicəsi.


HƏKİMLƏRİMİZ

Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.