NEVROLOGİYA

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Nevrologiya


Hospitalımızda beyin, onurğa və periferik sinir sisteminin müxtəlif xəstəliklərinin diaqnostikası və müalicəsi peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir. Xəstəxananın ambulator və stasionar şəraitində mərkəzi və periferik sinir sisteminin kəskin və xroniki xəstəliklərinin müayinəsi, müalicəsi və reabilitasiyası, sinir sisteminin iltihablı xəstəliklərinin müalicəsi, osteoxondroz və onun ağırlaşmaları, kəskin və xroniki ağrı sindromu halları daxil olmaqla degenerativ-distrofik xəstəliklərinin müalicəsi, həmçinin beyin və onurğa beyininin zədələnmələri, əməliyyat sonrası bərpaedici müalicə icra olunur.


Tətbiq etdiyimiz elektroensefaloqrafiya və elektromioqrafiya kimi müayinə üsulları nevroloji xəstələrin diaqnostikasında əvəzolunmazdır.


Özəlliyimiz triqqer nöqtələrinin elektropunkturası, baş beyinin müxtəlif şöbələrinin elektrostimuliyasiyasının təcrübəli həkimlərimiz tərəfindən həyata keçirilməsidir.


Bu bölmənin əsas fəaliyyət istiqamətləri:


  • Mərkəzi və periferik sinir sisteminin kəskin və xroniki xəstəliklərin müayinəsi, müalicəsi və reabilitasiyası
  • Sinir sisteminin iltihablı xəstəliklərinin müalicəsi
  • Osteoxondroz və onun ağırlaşmaları, kəskin və xroniki ağrı sindromu halları daxil olmaqla  degenerativ-distrofik xəstəliklər
  • Sinir sisteminin pozulmaları, həmçinin beyin və onurğa beyinin zədələnmələri
  • Əməliyyatsonrası bərpaedici müalicə


Diaqnostika üsulları:


  • KT
  • Beyin və bel MRT-sı
  • Boyun, ətrafların dupleks müayinəsi
  • Rentgen müayinəsi
  • Elektroensefalografiya

HƏKİMLƏRİMİZ

Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.