HAQQIMIZDA


Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdində yaradılmış Mərkəzi Hospital möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirak etdiyi açılış mərasimi ilə 2008-ci ilin 25 dekabr tarixində öz fəaliyyətinə başladı.

 

Ən müasir standartlar səviyyəsində tikilmiş və ən innovativ tibbi avadanlıq və cihazlarla təchiz olunmuş Mərkəzi Gömrük Hospitalında gömrük əməkdaşlarına, onların ailə üzvlərinə və əhaliyə ixtisaslı və keyfiyyətli tibbi xidmət göstərir. Hospitalda çalışan tibb işçilərinin yüksək peşəkarlığı, ən müasir tibbi cihazlar və avadanlıqlar insanların həyatını xilas etməyə və onların sağlamlığını qorumağa tam şəkildə imkan verir. 

 

Mərkəzi Gömrük Hospitalında yüksək keyfiyyət standartlarına cavab verən diaqnostika, terapevtik və cərrahi müalicə xidmətləri göstərilir, o cümlədən texniki baxımdan ən mürəkkəb olan və cərrahiyyənin zirvəsi sayılan ürək-damar və orqan transplantasiyası əməliyyatları icra olunur. Həmçinin, ən son invaziv kardioloji müdaxilələrin köməyi ilə anadangəlmə ürək qüsuru olan uşaqlar müalicə olunur, TAVİ üsulu vasitəsilə açıq ürək əməliyyatları aparılmadan zədələnmiş aorta qapağı biolojik qapaqla əvəz edilir, digər invaziv müdaxilələr yerinə yetirilir.

 

Bir çox yeniliklərə imza atmış Mərkəzi Gömrük Hospitalı qısa bir müddət ərzində Azərbaycanın qabaqcıl səhiyyə ocaqlarından birinə cevrilmişdir. Səhiyyənin müasirləşdirilməsi istiqamətində dövlətimiz tərəfindən görülən işlərin parlaq bir nümunəsi olmuşdur.

 

Mərkəzi Gömrük Hospitalı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında imzalanmış müqaviləyə əsasən Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara ürək-damar əməliyyatları, EVAR, TAVİ, qaraciyər və böyrək transplantasiyası əməliyyatları, MRT, KT və digər tibbi xidmətlər göstərilir. 

 

Qürurverici haldır ki, Azərbaycanda ilk dəfə meyit donordan götürülmüş qaraciyər Mərkəzi Gömrük Hospitalında, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərlik etdiyi peşəkar tibbi heyət tərəfindən hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan 12.10.2002-ci il təvəllüdlü Şərifova Mənzər Yaşar qızına köçürülüb. 

 

Mərkəzi Gömrük Hospitalı ən qabaqcıl və ən müasir tibb müəssisələrindən biri olmaqla yanaşı, həm də aparıcı elmi və maarifləndirici mərkəzdir. Modernizasiya prinsipini əsas tutaraq müasir texnologiyalar öyrənilir, yeni tibbi xidmətlər tətbiq olunur, innovativ avadanlıqlar alınır, xidmət sahələri genişlənir, yeni peşəkar kadrlar yetişdirilir.

 

Hospitalımız ümumilikdə 300 nəfərlik peşəkar kadr heyəti və  4 mindən artıq tibbi xidmət növü ilə gömrük əməkdaşlarının və əhalinin sağlamlığının keşiyindədir. Bu illər ərzində bu səhiyyə ocağında güclü ixtisaslı akademik kadr potensialı formalaşmışdır. Belə ki, hazırda Hospitalda 2 Əməkdar həkim, 3 tibb üzrə elmlər doktoru, 19 tibb üzrə fəlsəfə doktoru, 3 doktorant və Türkiyədə uzmanlıq təhsili almış 19 həkim öz şərəfli peşə borcunu layiqincə yerinə yetirirək əhaliyə yüksək keyfiyyətli tibbi yardım göstərirlər. 

 

2018-ci ildə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə İdarənin nəzdində Elmi Təcrübi və Tədris Mərkəzi  və 2020-ci ildə Sanitar Karantin Xidməti yaradılıb. 

Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzi, Təcili Tibbi Yardım, Sığorta şöbəsi 7/24 saat fəaliyyət göstərərək vətəndaşların istənilən sorğusunu cavablandırır.  Mərkəzi Gömrük Hospitalında pasiyentlərin məmnunluğunu artırmaq məqsədi ilə yeni interaktiv texnologiyalar və online xidmətlər tətbiq edilir, daxil olan zənglər vahid Çağrı Mərkəzi tərəfindən qəbul edilir, hər bir pasiyentə individual yanaşma və xüsusi diqqət göstərilir. Çağrı Mərkəzinin əməkdaşları 7/24 saat rejimində bütün zənglərin qəbulunu, telefon, elektron poçt, votsap‎, facebook, instaqram və internet-çat vasitəsi ilə daxil olan müraciətlərin operativ şəkildə cavablandırılmasını təmin edirlər. Çağrı Mərkəzinin əlaqə nömrəsi - (012) 404-08-08.

 

Bu gün peşəkar və təcrübəli heyəti ilə Mərkəzi Gömrük Hospitalı nəinki gömrük işçiləri və onların ailə üzvlərinə, eyni zamanda respublikamızın bütün vətəndaşlarına yüksək keyfiyyətli və güvənli tibbi xidmət göstərən müasir səhiyyə ocağıdır.

Missiyamız
Məqsədimiz
Dəyərlərimiz
Missiyamız

   Azərbaycanda gömrük əməkdaşlarının tibbi xidmətə olan ehtiyaclarının ödənilməsini təmin etmək və əhalinin sağlımlığının qorunmasında iştirak etməkdir. 

Məqsədimiz
Dəyərlərimiz

100%

Keyfiyyət

5711

Tibbi xidmət

130

Peşəkar həkim

78

Çarpayı

16

İl təcrübə

Sağlamlığınızın keşiyində

Mərkəzi Gömrük Hospitalı öz tibbi heyətinin dünya səviyyəli peşəkarlığı, zəngin innovativ tibbi təchizatı, pasiyentlərinə individual yanaşması, bir sözlə, göstərdiyi yüksək səviyyəli tibbi xidməti ilə Azərbaycanın ən müasir və qabaqcıl səhiyyə ocaqları arasında özünəməxsus şərəfli bir yer tutur.

 

Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır!

Peşəkarlıq

 

Həkimlərimizin peşəkarlığı Hospitalda pasiyentlərə göstərilən tibbi xidmətin yüksək keyfiyyətinin və xəstələrin məmnun qalmaqlarının zəmanətidir.  

Qayğıkeşlik

 

Hər bir pasiyentə individual yanaşma və xüsusi diqqət göstərmək qayğıkeş mütəxəssislər komandamızın əsas iş prinsipidir.

Yüksək səviyyə

 

Düşünülmüş infrastruktur, müasir tibbi təchizat və təlimləndirilmiş personal Hospitalda göstərilən xidmətin ümumi yüksək səviyyəsini təmin edir. 

Patomorfologiya

 

Şiş və neoplastik proseslərdə, həm də qeyri şiş patologiyaları zamanı histoloji, immunohistokimyəvi, histokimyəvi, immunoflüorestent və nadir patomorfoloji diaqnostik tədqiqatlar və müayinələr aparılır. 

Plastik və Rekonstruktiv cərrahiyə


Müxtəlif növ estetik və rekonstruktiv əməliyyatlar

ən son tibbi avadanlıqlarla təchiz olunmuş əməliyyatxanalarda yüksəkixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilir. 

Efferent terapiya

 

Kəskin və xroniki böyrək və sidik yolları xəstəliklərinin müayinəsi və müalicəsi həyata keçirilir.

Şöbədə hemodializ bölməsi, təcili və planlı şəkildə hospitalizasiya və gündüz stasionarı fəaliyyət göstərir.