AZ  I  EN  I  RU  

                     





ŞÖBƏLƏRİMİZ

Ünvan

Bakı, K.Kazımzadə küç. 118

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-0808

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Patomorfologiya


Patomorfoloji kabinetdə histoloji, histokimyəvi, immunohistokimyəvi, immunoflüoresent müayinələri 3 peşəkar həkim-patomorfoloq tərəfindən həyata keçirilir.


Patomorfoloji diaqnostik müayinələr həm şiş/neoplastik proseslərdə, həm də qeyri şiş patologiyaları zamanı aparılır. Müayinələr incə iynə biopsiya üsulu ilə ğötürülən toxumalarda işlənilir. İncə iynə tikələri Leica Frozen cihazı ilə kəsilib hazırlanır. İmmunofluoresent və immunohistokimiya müayinələri Leica DM 2500 mikroskop vasitəsi ilə aparılaraq yüksək dəqiqliyə malik olan nəticələri əldə etməyə imkan verir. 


İmmun rənglənmələr Leica BONDMax Biosystem cihazı ilə həyata keçirilir. Materialların ümumi işlənməsində hermetik biosistemdən istifadə olunur.


Patomorfoloji kabinetdə müayinələr Leica CM 1100 (Germany), Sacura ACCU-CUT (Japan) mikrotomlarda, Nipon Eclipse 50 İ mikroskoplarda aparılır. Histoloji, histokimyəvi və immunohistokimyəvi tədqiqatlarda İtaliya və Almaniya istehsalı olan reaktivlərdən istifadə edilir.


Əməliyyat zamanı əvəzedilməz sayılan frozen section müayinəsi patomorfoloqlarımız tərəfindən uğurla həyata keçirilir.


Son 10 il ərzində mütəxəssislərimiz tərəfindən 19000-dən artıq patomorfoloji müayinələr aparılmışdır.


Bizim Patomorfoloji laboratiriyamızda aparılan müayinələr:


SİTOLOJİ DİAQNOSTİKA


  • Punksion maye və ifrazat yaxmalarında patoloji proseslərin təyini
  • Papsmear (uşaqlıq boynu)
  • Atipik hüceyrələrin təyini (qeyd: punksion mayelər 2 saat ərzində laboratoriyaya çatdırılmalıdır)

BİOPSİYALAR


  • Burun-udlaqdan
  • Tənəffüs sistemindən
  • Mədə-bağırsaq sistemindən
  • Sidik kisəsindən
  • TUR (trans uretral rezeksiya)
  • Qadın cinsiyyət orqanlarından (küretaj)


FROZEN SECTION - cərrahi əməliyyat zamanı təcili (15-20dəq. ərzində) aparılan patohistoloji müayinə

İMMUNOHİSTOKİMİYA REAKSİYALARI 


  • Əks cisimlərin əhəmiyyəti və bədxassəli proseslərdə təyini
  • Prosesin bəd xassəliyini təyin edir- P53
  • Bədxassəli hüceyrələrin mitotik aktivliyinin təyini- Ki 67 
  • Vaskulyarizasiya dərəcəsinin təyini- Vascular Endothelial Growth Factor 
  • Süd vəzisində, mədədə, qaraciyərdə-C-erb(Her2,neu) 
  • Dəri (melanoma)- Tyrosinase 
  • Dəri (melanoma), squamous (yastı epitel karsinoma), periferik sinir şişləri, xordoma-S-100
  • Limfomalar (Hodckin və qeyri Hodckin) -ALK; CD10; CD 20; CD30 (Reed-Sternberg
  • Cell Marker); CD45RA; CD45RO; CD68 / Macrophage Marker; CD79a / mb-1
  • (B Cell Marker); Oct-2; Cyclin D1 / Bcl-1; CD56; CD99; Cd15;
  • Endotelial cell marker (damar şişləri)- CD31; Cd34
  • Sidik kisəsi; mədə-bağırsaq- Keratin 7; Keratin 20; HMWC (yüksək molekulyar çəkidə
  • keratinlər); Keratin 8; C-erb(Her2,neu); Cyclin D1; EMA; VEGF ; Villin, CDX-2 
  • Ewings Sarcoma Marker- CD99 / MIC2 
  • Rabdomiosarkoma, Leyomiosarkoma- Desmin (Muscle Cell Marker) 
  • Sümük və yumşaq toxuma ( iri hüceyrəli şişlərdə)- CD68 
  • Metastatik epitelial prosesin təyini- Pan Keratin; Keratinlər (7; 8; 8/18; 20) CEA; EMA 
  • Fibrosarkoma- Vimentin 
  • Süd vəzi, prostat- GCDFP-15
  • Neyroendokrin proseslərdə- Synaptophysin, Chromaqranin 
  • Stromal törəmələrdə- CD117; DOG1 
  • Hepatocyte qaraciyər- AFP 
  • Yumurtalıqlar- CA 125 (Ovarian Cancer Antigen) 
  • Qlial törəmələr- GFAP (Glial Fibrillary Acidic Protein)


HİSTOKİMYA METODLARI 


  • Mədə-bağırsaqda Helicobacter Pilory təyini
  • Qaraciyərdə iynə biopsiysı aparılaraq təyin olunan patologiyalar:
  • Hepatitlərdə fibroz və nekrozun dərəcələri
  • Fokal nodulyar hiperplaziyalar
  • Sirroz
  • Böyrək və qaraciyər toxumasında amiloid zülalın təyini
  • Müxtəlif orqanlarda displaziya dərəcəsinin qiymətləndirilməsi


HƏKİMLƏRİMİZ

Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.

Dr. Zərifə Yusifli

uzman, patomorfoloq