Etibarınızı daim doğrultmağa çalışırıq!

RƏYLƏRİNİZ

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

​​​​​​​

    

RƏYLƏRİNİZ

Bu səhifədə, Mərkəzi Gömrük Hospitalına müraciətlə bağlı öz müsbət təcrübələrini bölüşməyi lazım bilmiş minnətdar pasiyentlərimizin rəyləri ilə tanış ola bilərsiniz.

E. A. BALIYEV

AZTU-NİN DOSENTİ

04 Fevral 2020

 

Hospitalın nəzdində fəaliyyət göstərən təcili yardım tibb bacılarına təşəkkürümü bildirirəm. Peşəkar həkimterapevt Nazilə Xəlilbəyovaya göstərdiyi xidmətlərinə görə minnətdarlığımı bildirirəm və bütün xəstələrə belə yanaşmaları Allah ona bəxş etsin. Xəstə Xidmətləri şöbəsinin işçilərinə daha diqqətli yanaşmalarına görə onlar təşəkkürümü bildirirəm.


    


MARAL SÜLEYMANOVA

01 Fevral 2020

 

Mən Süleymanova Maral, bu hospitalın istər laboratoriya, istər başqa xidmətlərindən demək olar ki, hospital fəaliyyətə başladığından istifadə edirəm. Laboratoriya nəticələri birə-bir Türkiyə və Moskva nəticələri ilə üst-üstə düşür, çox dəqiqliklə yoxlanır. Ona görədə laboratoriya
komandasına ayrıca təşəkkür edirəm. Bu gün  olonoskopiya üçün müraciət etdim. Aynur xanıma başda olmaqla Atanbayeva Gulya, aneszezioloq Sevda xanıma, Əliyeva Şəhla, o qədərdiqqətlə və səbrlə yanaşdılar ki, bu rəyi yazmağı özümə borc bildim. Çox sağ olun ki, belə komandanız var. Sığorta şöbəsində çalışan xanımlar da çox gülərüz və diqqətlidirlər.


    


    


MƏHƏRRƏM ƏSƏDOV
AZƏRBAYCAN AVTOMOBİL YOLLARI DÖVLƏT AGENTLİYİNİN TEXNİKİ İDARƏSİNİN RƏİSİ

31 Mart 2019

 

Mən ilk dəfə “Gömrük” xəstəxanasında xəstələrə yüksək səviyyədə diqqətin və qayğının şahidi oldum.

Mən böyük minnətdarlıqla sağlamlığım üçün müraciət etdiyim savadlı, təcrübəli doktorlara və onları əhatə edən mehriban tibb bacılarına “çox sağ olun” deyirəm.


    


    


ŞÖLƏ RÜSTƏMOVA

07 Oktyabr 2019

 

Təşəkkür edirəm, Xəstə Xidmətlərinin qızlarına,
porterlərə, tibb bacısı Züleyxa və digər qızlara,
Rəşad doktorun gülərüzlülüyünə, köməkçisi
Könül xanıma


    


    


EMÇİYEV VƏFADAR 

14 Noyabr 2019

 

Yaxşı həkim işini yaxşı görən peşəkar olmaqla yanaşı, həm də insanlara böyük sevgi daşıyan bir qəlbə sahib olmalıdır. Xəstəyə müalicədən öncə şəfa verən, ona həyatda nikbinlik bəxş edən məhz həkimin ümidverici münasibətidir. 


Mərkəzi Gömrük Hospitalının həkim və xidmət personalının peşəkarlığı, onların yüksək tibbi bacarığı yüzlərlə insana sağlamlığını bəxş edib. Buna görə də başda Hospitalın baş həkimi Elman Məmmədov olmaqla, tanınmış həkimlər - Aynur Səfiyeva və Namiq Novruzova xüsusi minnətdarlığımı bildirirəm. Qardaşım Emçiyev Rəşadın bu gün həyatda qalmasında uca Tanrı və onların əvəzsiz xidməti danılmazdır


    


    


    


SAHİBƏ QAFAROVA

MİLLİ MƏCLİSİN DEPUTATI

12 Yanvar 2019

 

Tam səmimiyyətlə deyə bilərəm ki, burada insanlara göstərilən yüksək səviyyəli səhiyyə xidməti, ən müasir tibbi biliklərə yiyələnmiş savadlı həkimlərin peşəkarlığı, pasiyentlərə xoş rəftar və diqqət haqlı olaraq Mərkəzi Gömrük Hospitalı haqqında müsbət ictimai rəyin və cəmiyyətin yüksək münasibətinin formalaşmasını şərtləndirib. Burada yaradılan şərait heç də Avropanın ən qabaqcıl klinikalarından geri qalmır.


    


    


ZİBA TEYMURQIZI

19 Dekabr 2019

 

Mənim nəvəm Əlizadə Hüseynin əməliyyatına görə Vüsal Cəfərova 1-ci cərrahiyyə şöbəsinin bütün kollektivinə, o cümlədən tibb bacıları Nərmin, Samirə, Amalya, Sevinc xanıma öz işlərində göstərdikləri Sevgiyə və qayğıya görə
təşəkkür edirəm. Vüsal doktorun əllərindən öpürəm. Hər şeyə görə çox sağolun. Mühafizə işçilərinə də təşəkkür edirəm! Qaşıdan gələn yeni il münasibətilə Dövlət
Gömrük Komitəsi Mərkəzi Hospitalının bütün
həkim heyyətini təbrik edirəm!


    


TAHİR İBRAHİMOV
BAKI DÖVLƏT UNİVERSİTETİNİN EKOLOGİYA VƏ TORPAQŞÜNASLIQ FAKÜLTƏSİNİN DOSENTİ

17 İyul 2019

 

“Mən Mərkəzi Gömrük Hospitalına gələndə ürək döyüntülərindən əziyyət çəkirdim. Ürəyimin fəaliyyəti demək olar ki, çox aşağı - 27%-ə enmişdi. Bu xəstəxanaya gələnə qədər başqa xəstəxanalarda da olmuşdum, amma mənə kömək edən olmamışdı. 
Dr.Emin Hacıbalayevdən çox razıyam, mənə böyük köməyi dəydi. Hazırda ürəyimin fəaliyyəti 35-40%-dir. Onun peşəkarlığı, biliyi mənim ürəyimin fəaliyyətinin yaxşılaşmasına, həyatda yaşamağıma, normal həyata qayıtmağıma səbəb oldu.
 Buradan çıxandan sonra müalicəmi həkimin məsləhəti ilə Bilgəh qəsəbəsində yerləşən Kardioloji sanatoriyada davam etdirmək niyyətindəyəm. Mən xəstəxananın bütün kollektivinə, onların yüksək mədəniyyətinə, qayğıkeşliyinə, xəstələrə olan çox gözəl münasibətinə görə təşəkkür edirəm”.


    


    


    


    


    


XƏQANİ HƏSƏNOV

11 Dekabr 2019


Mən, Həsənov Xəqani Mikayıl oğlu sağ qasıq yırtığı diaqnozu ilə  Mərkəzi Gömrük Hospitalına müraciət etdim. 10.01.2020-ci il tarixində Dr. Kamran Beydullayev tərəfindən əməliyyat olundum. Analizlərin verilməsi zamanı, əməliyyat zamanı və əməliyyatdan sonrakı vaxtda həkim və bütün tibb personalı tərəfindən yüksək qulluq və xəstə ilə çox gözəl davranış qaydası  gördüm. Ona görə də həkim və bütün tibb personalına öz minnətdarlığımı və təşəkkürümü bildirirəm.  Allah sizi  var eləsin. Çox sevindim ki, Azərbaycanda belə tibb müəssisəsi var. Onu yaradanlara və belə yüksək səviyyədə saxlayıb işlətdiklərinə  görə onlara sağ olsunlar deyirəm.