ŞÖBƏLƏRİMİZ

Ünvan

Bakı, K.Kazımzadə küç. 118

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-0808

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Pediatriya


Pediatriya və Neonatologiya şöbəsində peşəkar həkimlərimiz tərəfindən balaca pasiyentlərimizə 24 saat ərzində fasiləsiz tibbi xidmət göstərilməkdədir.

 
Yeni doğulan körpələrə ən müasir avadanlıqlarla təchiz edilmiş şöbədə
 xaricdə təhsil almış təcrübəli pediatr-neonatoloqlar tərəfindən beynəlxalq standartlara cavab verən ilkin neonatoloji xidmətlərdən başlayaraq, reanimasiya, intensiv terapiya, ikinci dərəcə qulluq və terapiyaya qədər geniş spektrli xidmətlər göstərilir.


Uşaq poliklinikasında sağlam uşaqların fiziki və psixiki inkişafına kontrol təqib və beynəlxalq standartlara uyğun planlı və təcili peyvənd proqramları həyata keçirilir.

 
Hospitalımızda həkim-pediatr müayinəsi ilə bərabər ehtiyac olarsa, digər müxtəlif ixtisas həkimlərinin (otolarinqoloq, oftalmoloq, travmatoloq, kardioloq, qastroenteroloq, uroloq, ginekoloq və s.) müayinələri də təşkil olunur.


Hospitalda ambulator və stasionar şəraitdə balaca pasiyentlərimizə göstərilən tibbi xidmətlə yanaşı, analara uşağın sağlamlığı və inkişafı haqqında vacib məlumatlar verilir ki, bu da kompleks şəkildə tez biz zamanda uşağın sağalması və gələcək inkişafında mühüm rol oynayır.


Son 10 il ərzində həkimlərimiz tərəfindən 20000-dən artıq pediatrik müayinələr həyata keçirilmişdir.


Təklif edilən xidmətlər:

  • İlkin reanimasion tədbirlər
  • Intubasiya
  • Süni tənəffüs aparatı vasitəsi ilə ağ ciyərlərin ventilyasiyası
  • Surfaktantın yeridilməsi
  • Mərkəzi damarların (göbək arteriyası və venası) kateterizasiyası
  • Mübadilə qan köçürülməsi
  • Fototerapiya
  • Noninvanziv həyati əhəmiyyətli orqanların monitorinqi
  • Neonatal skrining testləri (fenilketonuriya, Q6-FD və s.)
  • Endokrin pozğunluğun təyini
  • Bütün növ ultrasəs müayinələr (baş beyin, ürək, qarın boşluğu orqanlarıvə s.)
  • Rentgenoqrafiya
  • Qan qazları, qanın, sidiyin ümumi vəbütün növbiokimyəvi analizləri
  • Çox az çəkili yarımçıq doğulmuş uşaqlaraintensiv terapiya və sonrakı qulluq
  • Ümumdünya standartlarına uyğun təqvim üzrə bütün növ profilaktik peyvəndlərin aparılması
  • Doğumdan sonra kontrol müayinələr və vaksinasiya


Müalicə edilən xəstəliklər:

  • Bətndaxili infeksiya ilə doğulan uşaqlar (CMV, Herpes, Toksoplazmoz, Xlamidioz, Vərəm, Hepatit və s.)
  • Sepsis
  • Yenidoğulmuşun hemorragik pozğunluqları
  • Yenidoğulmuşun hemolitik xəstəliyi
  • Yenidoğulmuşun anemiyası
  • Endokrin pozğunluğu olan anadan doğulan uşaqlar
  • Ağ ciyər xəstəlikləri
  • Ürək – damar sisteminin xəstəlikləri
  • Mədə- bağırsaq sisteminin xəstəlikləri
  • Böyrək və sidik çıxarıcı sistemin xəstəlikləri
  • Mərkəzi sinir sistemi xəstəlikləri
  • Ekstremal az çəkili doğulan uşaqlara intensiv terapiya və qulluq


HƏKİMLƏRİMİZ

Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.