AZ  I  EN  I  RU  

                      


 

 

 

RADİOLOGİYA

Ünvan

Bakı, K.Kazımzadə küç. 118

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-0808

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Radiologiya


Radiologiya şöbəsi müasir tibbin tələblərinə cavab verən, ən müasir texnologiyalı rəqəmsal rentgen, panoramik rentgen, sümük mineral densitometriyası, mammoqrafiya, ultrasonoqrafiya (USM), kompüter tomoqrafiya (KT), maqnit rezonans tomoqrafiya (MRT) və angioqrafiya (DSA) cihazları ilə təchiz olunmuşdur. Bu cihazlar vasitəsi ilə Mərkəzi Gömrük Hospitalında geniş spektrli müxtəlif diaqnostik müayinələr və müalicəvi invaziv müdaxilələr həyata keçirilir.


Maqnit Rezonans cihazımız “Siemens Essenza” 1,5 Tesla gücündədir. Şöbəmiz bütün MR koillərinə malikdir və bunların yardımı ilə bədənin istənilən hissəsinin keyfiyyətli görüntüsünü əldə etmək mümkündür.


Kompüter Tomoqrafiya cihazı “Siemens Somatom Definition” 64 kəsikli spiral KT xüsusiyyətində olub, 15-30 saniyə ərzində incə kəsiklərlə görüntü əldə edilməsi və üçfəzalı görüntüləmə özəlliyi sayəsində həkimin qısa zaman ərzində pasientin sağlamlığı barədə ətraflı informasiya eldə etməsinə kömək edir. Xüsusilə üç-fəzalı KT görüntüləri sümüklərdə qırıq və anomaliyaların dəyərləndirilməsində son dərəcə vacib məlumatlar verə bilir.


Şöbəmizdə mövcud rentgenoskopiya cihazı rəqəmsal xüsusiyyətlidir. Mədə, nazik və yoğun bağırsaq, böyrək, sidik kisəsi, uşaqlıq və uşaqlıq borularının kontrastlı müayinəsi bu cihaz vasitəsi ilə yerinə yetirilir. Bu cihazdan eyni zamanda öd yollarının görüntülənməsində və müalicə proseduralarında (öd axarlarının drenləşdirilməsi və stent taxılması) istifadə olunur.


Sümük densitometriyası, mammoqrafiya və panoramik rentgen müayinələri həyata keçirilərək, radioloji görüntü və informasiya sistemdə saxlanılır.


Son 10 il ərzində xəstəxanamızda yüksək ixtisaslı və təcrübəli həkim-radioloqlar tərəfindən 40000-nə yaxın MRT, 30000-dən artıq KT, 50000-ə yaxın rentgen müayinəsi həyata keçirilmişdir.

Mərkəzi Gömrük Hospitalında mövcud radioloji sahələr:


  • Ümumi radiologiya
  • Neyro radiologiya
  • Döş qəfəsi radiologiyası
  • Əzələ-dayaq sistemi radiologiyası
  • Uşaq radiologiyası
  • Maqnit Rezonans Tomoqrafiya
  • Komputer tomoqrafiyası
  • Qaraciyərin KT volümetriyası
  • Rentgen
  • Sümük densitometriyası
  • MR artroqrafiya
  • MR sisternoqrafiya


HƏKİMLƏRİMİZ

Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.