ŞÖBƏLƏRİMİZ

Ünvan

Bakı, K.Kazımzadə küç. 118

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-0808

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Plastik və Rekonstruktiv Cərrahiyyə


Hospitalımızda xaricdə təhsil almış yüksəkixtisaslı plastik cərrahlar tərəfindən bütün növ plastik, estetik və rekonstruktiv cərrahi əməliyyatlar icra olunur. Müraciət edən hər bir pasiyentin individual ehtiyacları və istəkləri xüsusən nəzərə alınır. Fərdi yanaşma, planlaşdırılan cərrahi əməliyyat haqqında əvvəlcədən verilən dəqiq və dolğun məlumatlandırma, əməliyyat zamanı ən müasir plastik cərrahiyyə üsullarının tətbiqi, tam təchizatlı komfortlu palatalarda xidmətlərin göstərilməsi pasientlərimizin rahatlığını təmin etməyə və məmnuniyyətini qazanmağa imkan verir.


Həyata keçirilən mamoplastika, abdominoplastika, qluteoplastika, ritidektomiya, blefaroplastika, rinoplastika, otoplastika, anadangəlmə, qəza və xəstəliklər nəticəsində yaranmış fiziki qusurların, inkişaf anomaliyalarının, rekonstruktiv cərrahi bərpası əməliyyatları xəstəxanamızda yüksək səviyyədə icra olunur.

Mərkəzi Gömrük Hospitalında həyata keçirilən plastik əməliyat növləri:


  • Mamoplastika
  • Abdominoplastika
  • Qluteoplastika
  • Ritidektomiya
  • Brefaroplastika
  • Rinoplastika
  • Otoplastika



HƏKİMLƏRİMİZ

Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.

Dr. Abduləli Əliyev

t.f.d., plastik-rekonstruktiv
və estetik cərrah

Dr. İnarə İsmayılova

plastik-rekonstruktiv
və estetik cərrah