ALLERQOLOGİYA

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Allerqologiya


Hospitalımızda müxtəlif növ allergiyaların geniş spektrli effektiv diaqnostikası və kompleks müalicəsi həyata keçirilir. Allergenlərə qarşı aparılan erkən və düzgün profilaktik tədbirlər müalicənin nəticələrinə çox müsbət təsir göstərir. Müayinələr və araşdırmalar nəticəsində əldə edilən məlumatlara əsasən ən effektiv müalicə metodu seçilir və allergiyanın təhlükəli və ciddi ağırlaşmalarının vaxtında qarşısı alınır.

Diaqnostika zamanı hər biri 30 göstəricidən ibarət olan respirator, qida və pediatrik allergik müayinə paketlərinin tətbiq edilməsi erkən və dəqiq diaqnozun qoyulmasında əvəzedilməz laborator müayinə üsulu olaraq Hospitalımızın üstün cəhədlərindəndir.


Müalicə sahələrimiz: 


  • Allergik rinit, sinusit, konyuktivit
  • Atopik dermatit
  • Angionevrotik ödem
  • Allergik övrə
  • Bronxial astma
  • Kontakt allergik dermatit
  • Dərman allergiyası
  • Qida allergiyası
  • Həşərat sancmasına qarşı allergiya        
  • Lateks allergiyası


Diaqnostika:


  • Qanda Ümumi İmmunoglobulin E təyini
  • Qanda spesifik İmmunoglobulin E təyini (tənəffüs, qida, pediatrik panel)
  • Dəri allergiya sınağları (dəri prik testi, patch-testlər)
  • Spirometriya   

HƏKİMLƏRİMİZ

Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.