HƏKİMLƏRİMİZ

 

 

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Alşan Paşazadə

uşaq cərrahı

Cərrah olmaq- elmin, vicdanin və incəliyin

qovuşmasıdır.

Fəaliyyət sahəsi: Anadangəlmə inkişaf qüsurları, ağciyərlərin kistik xəstəlikləri, sidik cinsiyyət sistemi xəstəlikləri; (hidronefroz, hidroureteronefroz-sidik axarı darlıqları, vezikoureteral reflux, posterior uretral valv, hipospadiya, epispadiya, sidik kisəsi anamaliyaları, kriptorxizm). Həzm sistemi anomaliyaları; qida borusu atreziyası, traxeya ezofagialfistula, 12barmaq bağırsaq və bağırsağın digər hissələrinin atreziyası, diafraqma yırtıqları, anusun atreziyası, hirschsprung xəstəliyi, mekonial keçməməzlik, yenidoğulmuşlarda nekrotizian enterokolit, malrotasiya və volvlus-bağırsaq burulması, pilor darlığı, uşaqlarda qasıq yırtığı, hisroseli, qaraciyər və dalağın kistik xəstəlikləri; uşaqlarda təcili vəziyyətlər, invaginasiya (bağırsaq keçməməzliyi) appendisit, yad cisim udulması, yad cisim aspirasiyası, xaya və yumurtalıq burulmaları, boğulmuş qasıq yırtıqları və uşaqlarda travmalar.

Təhsil

  • 2013-2019

            Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsi

  • 2016 

Okmeydanı Eğitim ve Araştırma Hastanesi, Təcili yardım və daxili xəstəliklər bölməsində təcrübə

  • 2019-2025

Azərbaycan Tibb Universitetinin “uşaq cərrahiyyəsi” ixtisası üzrə rezidentura (Mərkəzi Gömrük Hospitalının klinik bazasında)

Təcrübə və Bacarıqlar

  • 2025 Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə şöbəsində uşaq cərrahı

Lisenziyalar və Sertifikatlar

  • 2022 “Uşaqlarda vezikouretral refluks xəstəliyində yanaşı uroloji problemlərin və xroniki qəbizliyin proqnoza təsiri” mövzusunda elmi iş
  • 2022 Mərkəzi Gömrük Hospitalı, Elmi-Təcrübi və Tədris Mərkəzi, “Orqan və toxuma transplantasiyasında beyin ölümü diaqnozunun aktual aspektləri” konfransı
  • 2023 Mərkəzi Gömrük Hospitalı, Elmi-Təcrübi və Tədris Mərkəzi “Ana və uşaq sağlamlığı – mövcud problemlərə müasir baxış konfransı”
  • 2023 European Pediatric Surgeons Association, “Pediatric Endoscopic Surgery Masterclass & Workshop” masterklası
  • 2024 Azərbaycan FETAL Araşdırma Qrupu, “Cərrahi korreksiya olunan bilan gastrointestinal anomaliyalar” konfransı
  • 2025 Azərbaycan Pediatriya Cəmiyyəti, “Uşaqlarda sidik yolları infeksiyalarının cərrahi səbəbləri” seminarı