AZ  I  EN  I  RU  

                     





HƏKİMLƏRİMİZ



Ünvan

Bakı, K.Kazımzadə küç. 118

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-0808

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Səbuhi Dadaşov, t.f.d.

damar cərrahı

Orqanizmin sağlam fəaliyyətinin təminatı üçün normal qan dövranında damarların rolu əvəzsizdir. Damar problemlərini ən düzgün yolla həll etmək üçün hər bir pasiyentin individuallığını nəzərə alaraq beynəlxalq protokollara uyğun damar xəstəliklərini müayinə və müalicə edirik. 

Fəaliyyət sahəsi: Damar cərrahiyyəsi - arteriyal, venoz və limfatik sistem xəstəliklərinin müasir cərrahi və konservativ müalicəsi. Abdominal aorta və periferik arteriyaların anevrizmaları zamanı anevrizmektomiya və protezləşdirmə, aorta-bifemoral şuntlama (bypass), periferik arteriyaların autovenoz və ya süni damar ilə şuntlanması (bypass), karotid endarterektomiya və arterioplastika, periferik arteriyalardan endarterektomiya,trombembolektomiya, fleboloji əməliyyatlar: klassik flebektomiya, endovenoz ablasiya (radiofrekans və lazer) və miniflebektomiya, skleroterapiya, köpük skleroterapiya və Exo-skleroterapiya, torakal və lumbar simpatektomiya.

Təhsil

  • 2001-2007

Azərbaycan Tibb Universiteti, müalicə-profilaktika fakultəsi

fərqlənmə diplomu ilə

  • 2007-2009

İ.M. Seçenov adına Moskva Tibb Akademiyası,

kliniki ordinatura

  • 2009-2012

İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti,

aspirantura


Təcrübə və Bacarıqlar

  • 2007-2012-ci illərdə Russiya Federasiyasında ürək-damar cərrahiyyəsinin müxtəlif bölümlərini əhatə edən elmi-praktik kurslar keçmiş, bir çox konfransların, konqreslərin iştirakçısı olmuş və elmi işi barəsində məruzələrlə çıxışlar etmişdir

  • 2009 İ.M. Seçenov adına Moskva Tibb Akademiyasının Klinik Mərkəzi, həkim-ordinator

  • 2009-2013 İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin 1 nömrəli universitet klinik xəstəxanası, həkim-aspirant

  • 2013-cü ildən Mərkəzi Gömrük Hospitalı, damar cərrahı

 

 

Nailiyyətlər/üstünlüklər

  • Elmi jurnallarda çap olunmuş 8 məqalə (“Angiologiya və ürək-damar cərrahiyyəsi”, “Həkim”, “Cərrahiyyə”)

  • Rusiya Federasiyasında qeyd olunmuş patent “Abdominal aortanın yukstarenal anevrizmasının müalicə üsulu”

  • 13.11.2012-ci ildə “Daxili yuxu arteriyasının patoloji deformasiyasının cərrahi müalicə taktikası” mövzusunda tibb elmləri namizədi elmi dərəcəsinin müdafiəsi

  • 01.07.2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir


Lisenziyalar və Sertifikatlar


  • 2007-2012 Russiya Federasiyasında ürək-damar cərrahiyyəsinin müxtəlif bölümlərini əhatə edən elmi-praktik kurslar keçmiş, bir çox konfransların, konqreslərin iştirakçısı olmuş və elmi işi barəsində məruzələrlə çıxışlar etmişdir.

  • 2011 İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti - ultrasəs müayinəsi üzrə kurs


Üzv olduğu təşkilatlar

  • Rusiya Federasiyası Ürək-Damar Cərrahları Assosiasiyası

  • Avropa Damar Cərrahiyyəsi Cəmiyyəti (European Society for Vascular Surgery)