Mərkəzi Gömrük Hospitalının şöbə rəisi Fərid Əliyev 9-11 oktyabr 2018-ci il tarixlərində İspaniyanın Madrid şəhərində Ümumdünya Əczaçılıq Sərgisində (CPhI Worlwide - 2018 ) iştirak etmək üçün Hospitalın rəhbərliyi tərəfindən ezam olundu.
Artıq 28-ci dəfə keçirilən sərgidə hər il dünyanın müxtəlif bölgələrindən əczaçılıq sahəsində çalışan istehsalçı və distribyutor şirkətləri, tənzimləyici qurumları və peşəkarları bir araya toplanır. Sərgidə hazır dərman vasitələri, aktiv əczaçılıq inqrediyentləri, qablaşdırma, istehsal və laborator avadanlığı, proqram təminatı və s. üzrə istehsalçıların 2500-dən artıq stendləri numayiş etdirildi. Sərgi çərçivəsində nümayəndəmiz tərəfindən bir sıra istehsalçı şirkətlərlə ikitərəfli görüşlər keçirilmiş və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.
Görüşlər zamanı nümayəndəmiz tərəfindən Azərbaycan Respublikasının aparıcı müalicə müəssisələrindən biri olan Mərkəzi Gömrük Hospitalında müasir və effektiv dərman vasitələrinin istifadəsinə və tibbi sərflərlə təchizatına xüsusi önəm verdiyi vurğulandı.
Последние новости