Mərkəzi Gömrük Hospitalın AETNA Beynəlxalq Sığorta şirkəti ilə əməkdaşlığının davam etdirilməsi məqsədilə keçirilən sertifikasiya prosesi müvəffəqiyyətlə başa çatıb. Bu münasibətlə AETNA Beynəlxalq Sığorta şirkətinin Xarici Əlaqələr üzrə nümayəndəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinə sertifikasiya prosesinin uğurla başa çatması münasibətilə təbrik məktubu göndərib.
Məktubda Mərkəzi Gömrük Hospitalı ilə sıx əməkdaşlıq etməklərindən və onların nümayəndələrinə hospitalda beynəlxalq tələblərə cavab verən yüksək tibbi xidmətlərin göstərilməsindən məmnun olduqlarını bildiriblər.
Qeyd edək ki, 1853-cü ildən ABŞ-ın Hartford şəhərində fəaliyyətə başlayan AETNA Beynəlxalq Sığorta şirkəti dünya üzrə insanların tibbi və həyat sığortasını, əmək qabiliyyətinin itirilməsi hallarından insanların sığortalanmasını, işçilərə müavinətlərin verilməsini, farmaseftik xidmətləri həyata keçirən ən böyük tanınmış şirkətlərdən biridir. Şirkətin müxtəlif mükafatlara layiq görülən xarici ölkələrlə iş proqramı vasitəsilə dünya üzrə 800 000-dən çox sığortalılara tibbi xidmət göstərilir.
Последние новости